Icma.az
close
up
RU
BMT: Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır

BMT: Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Dünyada jurnalistlərlə bağlı qeydə alınan on qətldən doqquzunun üstü açılmamış qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş jurnalistlərə qarşı cinayətlərdə cəzasız qalmağa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə etdiyi müraciətində bildirib.

UNESCO-nun məlumatına görə, 2023-cü ilin avqustundan 2025-ci ilin mayınadək 163 jurnalist qətli qeydə alınıb. Onlardan 12-si qadındır. Onlar əsasən Qəzza (46 hal), Sudan (13 hal) və Ukrayna ərazisində (8 hal) qeydə alınan münaqişə zonalarında həlak olublar.

Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Gün BMT Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib və hər il noyabrda qeyd olunur. Bu tarix 2013-cü ildə Malidə qətlə yetirilmiş iki fransız jurnalistin xatirəsinə seçilib. Həmin gün dünya ictimaiyyətinə xatırladır ki, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq söz azadlığını, demokratiyanı və cəmiyyətin etibarlı informasiya almaq hüququnu sarsıdır.

“Qəzzada jurnalistlərin qətllərini qətiyyətlə pisləyirəm, onların sayının çox olmasından dərin narahatlıq hissi keçirirəm və müstəqil, qərəzsiz araşdırmalar aparılmasına çağırıram”, – deyə Antoniu Quterreş vurğulayıb. “Beynəlxalq jurnalistlərin Qəzzaya daxil olmasına maneə yaradan qadağa qəbuledilməzdir”, - deyə o, söyləyib.

Jurnalistlərin qətlləri müharibə getməyən ölkələrdə də baş verir. UNESCO-nun məlumatına əsasən, göstərilən dövrdə Meksikada 15 media nümayəndəsi qətlə yetirilib. Jurnalistlərin qətlə yetirilməsinin ən çox təsdiqlənmiş halları ərəb dövlətlərində (82 hal), daha sonra Latın Amerikası və Karib hövzəsi ölkələrində (34 hal), Asiya və Sakit okeanı regionunda (30 hal), Afrikada (5 hal), həmçinin Avropa və Şimali Amerikada (12 hal) qeydə alınıb.

BMT Baş katibi qeyd edib ki, jurnalistlərə qarşı cinayətlərdə qlobal cəzasızlıq səviyyəsi hələ də çox yüksəkdir. 2022-ci illə müqayisədə bir faiz azalma müşahidə olunsa da, jurnalistlərin qətllərinin 85 faizinin üstü açılmamış qalır. Ən yüksək cəzasızlıq Yaxın Şərq və Şimali Afrika regionunda qeydə alınıb, ardınca Asiya–Sakit okeanı regionu və Afrika gəlir. Səbəblər arasında hüquq-mühafizə və məhkəmə sistemlərinin zəifliyi və korrupsiyaı, siyasi iradənin yoxluğu, eləcə də siyasi xadimlər, korrupsiyalaşmış biznes dairələri və mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr göstərilir.

Təbii ehtiyatların istismar intensivliyinin yüksək, mətbuat azadlığı səviyyəsinin isə aşağı olması arasında da əlaqə mövcuddur. 2013–2021-ci illər ərzində karbohidrogen xammalının 78 faizi, mədən sənayesi məhsullarının 45 faizi və meşə məhsullarının 67 faizi mətbuat azadlığının vəziyyətinin “mürəkkəb” və ya “çox ağır” qiymətləndirildiyi ölkələrdən ixrac olunub.

Ekoloji mövzuları işıqlandıran jurnalistlər tez-tez iri korporasiyaların qanun pozuntuları, dövlət orqanlarındakı korrupsiya və hökumətlər tərəfindən təsdiqlənmiş layihələrin mənfi nəticələri barədə məlumat vermək zərurəti ilə üzləşirlər.

“Jurnalistləri susduranda, biz hamımız səsimizi itiririk”, – deyə Antoniu Quterreş yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri