Icma.az
close
up
RU
BMT: Fiziki imkanları məhdud olan insanlar daha çox problemlə üzləşirlər

BMT: Fiziki imkanları məhdud olan insanlar daha çox problemlə üzləşirlər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Əminə Məhəmməd fiziki və əqli imkanları məhdud olan insanlar üçün Dayanıqlı İnkişaf Məqsədi (SDG) üzrə problemlərin müzakirə olunduğu illik konfrans öncəsi mövcud vəziyyəti açıqlayıb.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katibin müavini deyib: “Mesaj kəskindir: bu kateqoriyadan olan insanlar daha çox yoxsulluq, ifrat işsizlik, dərin qida və sağlamlıq böhranı, təhsilə, məşğulluğa və rəqəmsal texnologiyalara məhdud çıxışla üzləşirlər”.

Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın (COSP18) iştirakçı dövlətləri konfransının 18-ci sessiyası fiziki və əqli qüsurlu insanların sosial inkişaf üçün hüquqları və töhfələri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına diqqət yetirəcək.

Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsinin sədri Kim Mi-Yeon bildirib ki, hətta artan qlobal çağırışlar fonunda belə, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya 20 illik əhəmiyyətini qoruyub saxlayır. O əlavə edib: Bu sənəd XXI əsrin ən mütərəqqi insan hüquqları müqaviləsidir... O, tibbi və xeyriyyəçilik modellərindən hüquqa əsaslanan yanaşmaya həlledici keçidi qeyd edir, eyni zamanda, struktur və gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmaq vəzifəsini təsdiqləyir”.

BMT-nin davam edən likvidlik böhranı fonunda Cənubi Koreyada keçirilən əlillərin məşğulluğu üzrə Beynəlxalq Forum da daxil olmaqla, bu kateqoriyadan olan insanların hüquqların gücləndirilməsi məsələsi gündəmdə yer alır.

Sosial inkişaf gündəliyi qarşıdan gələn iki böyük tədbirdən əvvəl fiziki imkanları məhdud olan şəxslərin hüquqları və sosial inkişafı üçün təkan yaratmağa davam etmək məqsədi daşıyır: noyabrda sosial inkişaf üzrə ikinci Dünya Sammiti və bu ayın sonunda İspaniyanın Sevilya şəhərində inkişaf üçün maliyyələşdirmə üzrə dördüncü beynəlxalq konfransda (FFD4) da bu kontekstdə mühüm qərarlar qəbul ediləcək.

İyunun 11-14-də keçirilən konfransda isə BMT və vətəndaş cəmiyyəti liderlərinin çıxışları olacaq, əlilliyi olan şəxslərin hüquqları və töhfələri ilə bağlı ictimai müzakirə və üç dəyirmi masa keçiriləcək. Bu tədbirlərdə maliyyə, süni intellektdən istifadə və əlilliyi olan yerli insanların hüquqlarının inkişafı məsələləri diqqət mərkəzində olacaq. Tədbir boyu hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri, BMT agentlikləri və ekspertlər strategiyaları və ən yaxşı təcrübələri bölüşəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri