Bu xəstəliyi olanlar günvurma riski ilə daha çox üzləşirlər
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bəzi xroniki və nevroloji xəstəlikləri olan şəxslər isti hava və günəş şüalarının təsirinə daha həssas olduqları üçün günvurma riski ilə daha çox qarşılaşırlar".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, alkoqol asılılığı olan şəxslər, nevroloji xəstəliklərdən əziyyət çəkənlər, eləcə də kəskin və ya xroniki nevroloji problemləri olan insanlar istiliyə qarşı daha dözümsüz olurlar:
“Bu qrup insanlarda günvurmanın əlamətləri daha ağır şəkildə özünü göstərə bilər. Xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə həddindən artıq tərləmə nəticəsində orqanizmdə maye itkisi baş verir. Bu isə mövcud xroniki xəstəliklərin daha da ağırlaşmasına və ciddi fəsadların yaranmasına səbəb ola bilər”.
Mütəxəssis vurğulayıb ki, risk qrupuna daxil olan şəxslər isti havalarda açıq günəş altında uzun müddət qalmamalı, kifayət qədər maye qəbul etməli və səhhətlərində narahatlıq hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməlidirlər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















