Icma.az
close
up
RU
BMT koordinatorundan islahatlar ANONSU Hansı dəyişikliklər olacaq? EKSKLÜZİV

BMT koordinatorundan islahatlar ANONSU Hansı dəyişikliklər olacaq? EKSKLÜZİV

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Aydındır ki, indi yenilənməyə ehtiyac var”.
Bu fikirləri Bizim.Media-ya özəl açıqlaması zamanı Fransanın keçmiş dövlət katibi və sabiq ətraf mühit naziri, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalonde deyib.
Dünyadakı böyük təşkilatların reformlara getməsinin vacibliyi barəsində danışan Lalonde, BMT-nin də bir sıra dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.
“Birincisi, BMT yalnız suveren dövlətlərin ittifaqıdır. Ən yüksək idarəçi yalnız bir baş katibdir, prezident deyil. Bu o deməkdir ki, suveren dövlətlər onlara əmr verəcək və ya ümumi planetar məsələlərlə məşğul olacaq fövqəlmilli təşkilat istəmirlər. Yəqin ki, bir gün iqlim dəyişikliyi kimi ümumi maraq kəsb edən məsələləri idarə etmək üçün belə bir fövqəlmilli quruma ehtiyac olacaq.
 

İkincisi, BMT-də üzv dövlətlərə qərar qəbul etdirmək və silahlı qüvvələr (Mavi Dəbilqəlilər) göndərmək hüququna malik yeganə orqan Təhlükəsizlik Şurasıdır. Amma onun da daimi üzvləri arasında nə Cənubi Amerika, nə də Afrika ölkələri var. Bildiyiniz kimi, qərar qəbul etmək üçün 5 daimi üzvün razılığı olmalıdır və bu, həmişə mümkün olmur”.


Lalonde qeyd edir ki, digər bir orqan isə daha çox mənəvi legitimliyi olan Baş Assambleyadır. 190-dan çox üzvün əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir və onların əsas narahatlığı yoxsulluqla mübarizədir:
“Bununla belə, Baş Assambleya səsvermə ilə bir çox qərar qəbul edib, məsələn, Dəniz Hüququ Haqqında Konvensiya. Burada əsas məsələ əksəriyyəti təmin etməkdir, amma adətən BMT konsensus axtarır. Əsas maneə isə qəbul olunan qərarların icrası üçün maliyyələşmədir. Üzvlük haqlarının yığılmasında da böyük çətinliklər var.
Nyu-Yorkdakı BMT qərargahından kənarda xüsusi hökumətlərarası agentliklər var ki, çox mühüm işlər görürlər. Məsələn, Romada “FAO”, Monrealda “ICAO”, Nayrobidə “UNEP”. Bunlar həqiqətən faydalıdır. Təəssüf ki, su və ya enerji üçün ayrıca BMT qurumu yoxdur. Amma BMT çərçivəsində bağlanan beynəlxalq müqavilələrin icra heyətlərini BMT sisteminə daxil etmək olar. Məsələn, illik COP konfranslarını qeyd edə bilərik”.
Lalonde əlavə edib ki, BMT-nin tamamilə ləğvi dünyada daha ciddi problemlər yarada bilər.

Lakin daha məhsuldar olması üçün reformlara ehtiyac var:
“İnsanların suallarında BMT-yə qarşı müəyyən məyusluq ifadə olunur, çünki bu qurum çox yavaşdır, bəzən isə tamamilə yoxdur. Amma mən düşünürəm ki, BMT olmasa, dünya daha pis olardı. Yadımdadır, bir dəfə BMT əməkdaşına dünyada hələ də yoxsulluğun yüksək həddə olması ilə bağlı sual verdim. O isə cavabında dedi: “Bəs bu, yoxsulluqla mübarizəni dayandırmaq üçün səbəbdir?”
Lalonde əlavə edib ki, dünyada reforma ehtiyacı olan tək qurum BMT deyil.
Həmçinin NATO və Beynəlxalq Cinayət Məhkəməsi kimi qurumlar da konsepsiyalarını dəyişməlidir:
“Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını mən sivil və sülhsevər dünya yolunda böyük bir irəliləyiş hesab edirəm. Bu, insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmasının sonu demək idi. Təbii ki, məhkəməyə hörmət olunmalı, ona imkanlar verilməli, yaxşı kadrlarla təmin edilməli və uğurlu fəaliyyəti təmin edilməlidir. Mənim fikrimcə, məhkəməni tənqid etmək daha yaxşı dünya qurmağa töhfə vermir. Amma bu da doğrudur ki, bugünkü dünya şəraiti nə fövqəlmilli ədalət, nə də çoxtərəfli institutların güclənməsi üçün əlverişli deyil”.
NATO-nun da ABŞ-dən ciddi asılılığına diqqət çəkən siyasətçi, qurumun müharibələri alovlandırmaqdansa, sülhə xidmət etməli olduğuna diqqət çəkib:
“NATO isə başqa bir mövzudur. Bu, Şərq-Qərb gərginliyi üzərində qurulmuş hərbi alyansdır (soyuq müharibə dövründə SSRİ ilə olan qarşıdurma). Alyans ABŞ-ın dominantlığı altındadır. Buna görə də bəzi ölkələr NATO-ya etibar etmir, ABŞ-ın istənilən anda alyansı tərk edə biləcəyindən ehtiyat edirlər. Digərləri isə hesab edir ki, bugünkü geosiyasi bölgülər NATO yaradıldığı dövrdəkindən fərqlidir. Ola bilsin ki, müharibəyə hazırlaşmaqdan daha çox sülhə hazırlaşmaq daha yaxşıdır”.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri