Icma.az
close
up
RU
BMT nin agentliyi: Dünyada yoxsulluğun səviyyəsi sürətlə artır

BMT nin agentliyi: Dünyada yoxsulluğun səviyyəsi sürətlə artır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Dünyanın ən yoxsul icmaları ticarət qeyri-müəyyənliyi, ağır borc yükləri və sərmayələrin azalması ilə daha çətin vəziyyətə düşür. AZƏRTAC xəbər verir ki, BMT-nin ticarət və inkişaf agentliyi - UNCTAD nazirlərin son dörd ildəki ən böyük toplantısı üçün Cenevrədə bir araya gəlməzdən bir həftə əvvəl bununla bağlı xəbərdarlıq edib.

UNCTAD oktyabrın 20-dən 24-dək İsveçrədəki iclasda ticarətdə proqnozlaşdırılma imkanlarını bərpa etmək, borc təzyiqlərini azaltmaq və real iqtisadiyyata birbaşa investisiya qoymaq üçün praktiki yollar axtaracaq.

Agentliyin baş katibi Rebeka Qrinspan deyib: “Biz çoxtərəfli ticarətdə transformasiya dəyişikliyinin şahidiyik və qəbul etdiyimiz qərarlar ticarətin gələcəyinə, qlobal inkişaf siyasətinə təsir edəcək”.

R.Qrinspan xəbərdarlıq edib ki, siyasət dəyişikliyi və qeyri-müəyyənlik “tariflərdən daha çox pozucu ola bilər”. Bu mənfi tendensiya investisiyaları yayındırır, iş yerlərini məhv edir və xüsusən də inkişaf etməkdə olan ölkələrdə rəqabət qabiliyyətini azaldır. O, kiçik iqtisadiyyatların planlı investisiya edə bilməsi üçün etimadın və sabitliyin bərpasının əsas amil olduğunu bildirib.

Geosiyasi gərginliklərə baxmayaraq, UNSTAD 2025-ci ilin birinci yarısında iqtisadiyyatın dayanıqlı olduğunu bildirib. Qlobal ticarət təxminən 500 milyard dollar artıb - mallar 5 faiz, xidmətlər 6 faiz və Cənub-Cənub ticarəti (Çin istisna olmaqla) 9 faiz dəyər qazanıb. Agentliyin baş katibi ticarətin böyüməsinin əsas faktoru kimi investisiyaların təmin edilməsini göstərib. BMT rəsmisi maliyyə məsələsində artan insan itkisini vurğulayaraq qeyd edib ki, “dünyada 3,4 milyard insan səhiyyə və təhsildən daha çox borcun ödənilməsinə pul xərcləyən ölkələrdə yaşayır”. O, daha ədalətli, proqnozlaşdırıla bilən və əlçatan maliyyə sisteminin qurulmasına çağırıb, iyul ayında keçirilən İnkişaf üçün Maliyyələşdirmə Konfransının davamını, o cümlədən, münasib uzunmüddətli kapitalın və ölkələrin danışıqlar və borcların idarə edilməsi imkanlarını gücləndirmək üçün borcalanlar klubunun artırılması üzrə işlərin zəruri olduğunu bildirib.

İnvestisiya axınına toxunan R.Qrinspan qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyalar azalır və çox vaxt ənənəvi sektorlarda və coğrafiyalarda cəmləşir. O, dayanıqlı infrastruktur, yaşıl enerji, səhiyyə, təhsil, su və kanalizasiya, kənd təsərrüfatı və uzunmüddətli dəyər yaradan rəqəmsal imkanlar kimi prioritetlərə istinad edərək qeyd edib: “Məqsəd təkcə investisiya cəlb etmək deyil, həm də düzgün sərmayə növünü seçməkdir”. Baş katib əlavə edib ki, rəqəmsal ticarət və məlumat axınları hazırda qlobal ÜDM artımının 60 faizindən çoxunu dəstəkləyir, eyni zamanda, bulud və generativ süni intellektdə bazar konsentrasiyası siyasətin həll etməli olduğu daxilolma risklərini artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri