Icma.az
close
up
RU
Dünyada dəniz səviyyəsi son dörd min ildəkindən daha sürətlə artır

Dünyada dəniz səviyyəsi son dörd min ildəkindən daha sürətlə artır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 20 oktyabr, AZƏRTAC

Yer kürəsində dəniz səviyyəsi 1900-2020-ci illər arasında son dörd min ildəki hər hansı dövrdən daha sürətlə artıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Rutgers” Universiteti alimlərinin bir qrupunun tədqiqatında əksini tapıb.

Araşdırmaya görə, hazırkı yüksəlmənin əsas səbəbləri okean suyunun temperaturunun artması və genişlənməsi, eləcə də Qrenlandiya və Antarktidada buzlaqların əriməsidir.

Araşdırma qədim koral rifləri və manqrovlardan əldə olunan məlumatlara əsaslanaraq, sonuncu Buz dövründən sonra dəniz səviyyəsinin dəyişməsini təhlil edib. Məlum olub ki, 11 min 700 - 8200 il əvvəl illik artım 10,7 millimetr, 6000 il əvvəl 2,8 millimetr, 3000 il əvvəl isə 0,4 millimetr olub. Son 4 min ildə dəniz səviyyəsi yalnız az miqdarda dəyişib. XIX əsrdə isə əvvəlcə ildə 0,1 millimetr, əsrin ikinci yarısında 0,76 millimetr artıb. 1990-2020-ci illərdə orta illik yüksəlmə 1,51 millimetr təşkil edib.

Tədqiqat, həmçinin göstərir ki, sahilyanı şəhərlərin torpaq əsasının çökməsi də dəniz səviyyəsinin artımına təsir edir. Məsələn, XX əsrdə Şanxayda bəzi ərazilər 1 metrədək çöküb. Cakarta isə torpaq qatı o qədər alçalıb ki, şəhərin bəzi hissələri artıq dəniz səviyyəsindən aşağıdadır və orada daimi su nasosları işlədilir.

Araşdırmada modelləşdirmə proqramına minlərlə məlumat mənbəyi daxil edildiyindən dəniz səviyyəsinin yüksəlməsinə və ya enməsinə səbəb olan amillər dəqiqliklə müəyyən olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri