Icma.az
close
up
RU
BMT nin ali komissarı beynəlxalq hüququ gözardı edir DEPUTAT

BMT nin ali komissarı beynəlxalq hüququ gözardı edir DEPUTAT

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sahib Alıyev: “Suveren dövlətin məhkəmə sisteminə qarşı kobud müdaxilə saydığım çağırışı qətiyyətlə pisləyirəm”


BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərin dərhal azad edilməsi gərəkdiyini bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib ki, sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır: “Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir. Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaralıları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlərlə bağlı bəyanat yayıb. Qınaq xarakterli bəyanatda qeyd olunub: "Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarını işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik. Ali komissar Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləmədi. Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad edilməsinə çağırış etdi. Ali komissarın bu çağırışı, faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir. Ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq".


Millət vəkili Sahib Alıyev “Sherg.az”a açıqlamasında deyib ki, bu çağırış milyonlarla azərbaycanlıda haqlı ikrah doğurmaqla yanaşı nə onun özünə, nə də başında durduğu quruma hörmət gətirir: 


“BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı qəsddə, terrorçuluqda, soyqırımında, başqa hərbi cinayətlər törətməkdə ittiham olunan "miatsum"çu ünsürlərin azadlığa buraxılmaları çağırışının arxasında  konfliktlər yoluyla dünyanın bu və digər regionunda öz maraqlarını təmin etməyə çalışanların iradəsi durur.  Çünki belə ağır cinayət törətməkdə suçlu bilinənlərin haqlarında hökm çıxarılmadan azadlığa buraxılmaları hay nasistlərini Qərbi Azərbaycanda, Qarabağla Şərqi Zəngəzurda törətdiklərinə bənzər yeni cinayətlərə və revanşizmə həvəsləndirməkdən, dünyanın digər yerlərində də onlara bənzərlərin hərəkətə keçmələri üçün presedent yaratmaqdan başqa yaxşı heç nə vəd etmir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarə edilməsi üzrə doktorluq dissertasiyası yazan bu avstriyalı hüquqşünas yüz minlərlə azərbaycanlının yurd yerlərindən didərgin salınmalarında az rol oynamadıqlarını, özünün də gözəl bildiyi cinayətkarların azadlığa çıxmalarını niyə istəyir? Əgər bu, humanizmdən irəli gəlirsə, Qərbi Azərbaycan İcmasının bugünkü bəyanatında da vurğulandığı kimi, nədən bizim soydaşlarımızın pozulmuş haqları, dağıdılmış mənəvi irsləri, yurdlarına dönmək istəklərinin yerinə yetirilməməsi ilə bağlı bir kəlmə belə fikir bildirməyib. Halbuki o, 1991-ci ildən BMT-də çalışır və bir daha vurğulayıram, yüz minlərlə azərbaycanlıya qarşı törədilən vəhşiliklərdən yaxşı xəbərdardır. Ona görə mən də BMT-nin insan hüquqları üzrə ali komissarının beynəlxalq hüququ gözardı edən, yəqin həm də səlibçi zehniyyətin təsiri altında ayrı-seçkiliyə yol verilən, suveren dövlətin məhkəmə sisteminə qarşı kobud müdaxilə saydığım çağırışını qətiyyətlə pisləyirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri