BMT nin Baş katibi davamlı sülhə nail olmaq üçün ABŞ İran atəşkəsinə riayət etməyə çağırıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə İran arasında ikihəftəlik atəşkəs elan edilməsini alqışlayıb.
AZƏRTAC xəbər verir ki, o, Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, regionda davamlı və hərtərəfli sülhün yolunu açmaq üçün atəşkəsə riayət etməyə çağırıb.
BMT rəhbərinin mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda mülki şəxslərin qorunması və onların əzablarını yüngülləşdirmək üçün hərbi əməliyyatların təcili dayandırılmasının zəruri olduğu bildirilir.
Quterreş, həmçinin atəşkəsə kömək edən Pakistanın və digər ölkələrin səylərinə görə səmimi təşəkkürünü bildirib.
Baş katibin Yaxın Şərq üzrə şəxsi elçisi Jan Arno davamlı sülhün təmin edilməsi səylərini dəstəkləmək üçün regiondadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Aprel 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















