Icma.az
close
up
RU
BMT Baş katibi Afrika xalqları üçün ədalət və bərabərliyə çağırıb

BMT Baş katibi Afrika xalqları üçün ədalət və bərabərliyə çağırıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

Hər il avqustun 31-də qeyd olunan Beynəlxalq Afrika Mənşəli İnsanlar Günündə BMT-nin Baş katibi Antonio Quterreş bütün dünyada Afrika əsilli insanlar üçün ədalətə, ləyaqətə və bərabərliyə çağırıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş katibin müraciətində Afrika mənşəli insanların cəmiyyətin fəaliyyətinin bütün sahələrində “fövqəladə” töhfələri vurğulanıb. O, həmçinin sistematik irqçilik, qeyri-bərabər iqtisadiyyatlar və cəmiyyətlər, rəqəmsal uçurum (rəqəmsal texnologiyadan faydalana bilənlərlə çıxışı olmayanlar arasında) kimi mənfi tendensiyaları ehtiva edən köləlik və müstəmləkəçiliyin təsirinin hələ də qaldığını qeyd edib.

A.Quterreş 2024-cü ildə qəbul olunmuş Gələcək Paktının bir hissəsi kimi təsbit və bu günün reallıqlarını əks etdirən, hamı üçün hər yerdə çoxtərəfli sistemi təşviq edən Qlobal Rəqəmsal Sazişi irəliyə doğru bir addım kimi qiymətləndirib, rəqəmsal texnologiyalarda ayrı-seçkilik və nifrət ritorikası ilə mübarizə üzrə öhdəlikləri diqqətə çatdırıb. Baş katib əlavə edib: “Ağların üstünlüyü və insanlığı pozan rəvayətlər sosial media tərəfindən gücləndirilir və çox vaxt irqi qərəzlilik alqoritmlərdə kodlanır”.

BMT rəhbəri bildirib: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hər bir insanın bərabər hüquqlarını və təbii ləyaqətini bir daha təsdiq etməsindən səksən il və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın qəbulundan altmış il keçdikdən sonra tarixi səhvləri düzəltməyin vaxtı çoxdan çatıb”.

Builki Beynəlxalq Gün 2025-ci il yanvarın 1-dən 2034-cü il dekabrın 31-dək davam edəcək Afrika mənşəli insanlar üçün ikinci Beynəlxalq Onillikdə ilk dəfə keçirilir. A. Quterreş vurğulayıb: “Afrika əsilli insanlar: Tanınma, ədalət və inkişaf” mövzusunu əhatə edən onillik Afrika xalqlarının hüquqlarının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır”. O, Afrika xalqlarının insan hüquqlarına tam hörmətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi istiqamətində işləmək də daxil olmaqla, növbəti on ili “real dəyişiklik” dövrünə çevirməyə çağırıb.

Birinci onillikdə 30-dan çox ölkə irqi ayrı-seçkiliklə mübarizə aparmaq və Afrika mənşəli insanların üzləşdiyi xüsusi problemləri həll etmək üçün qanunlarını və siyasətlərini dəyişib. Bu məqsədlə Daimi Forum yaradılıb və diasporun, o cümlədən qadınların və qızların töhfələrini qeyd etmək üçün yeni proqramlar hazırlanıb.

2015 və 2024-cü illər arasında əldə edilmiş tərəqqiyə əsaslanaraq, ikinci onillik Afrika mənşəli fərdlər üçün ədalət və inkişaf istiqamətində qlobal səyləri gücləndirməyə, onların arzularının və hüquqlarının tam şəkildə tanındığı, hörmət edildiyi daha ədalətli gələcək yaratmağa həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri