BMT nin Cenevrə ofisində azərbaycanlı uşaqların hüquqlarından danışılacaq FOTOLAR
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak etmək və tədbir çərçivəsində BAMF-ın yan tədbirini keçirmək məqsədilə təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında olub. SİA xəbər verir ki, BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı Jon Ayomidenin və qurumun xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdikləri səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, “Münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək. Tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan, Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















