Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azərbaycan BMT nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib

Azərbaycan BMT nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyana, 15 may, AZƏRTAC

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti adından BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə ianəsi təqdim olunub. Eyni zamanda, kitabxanaya Azərbaycanın tarixi və mədəniyyətinə dair nəşrlərdən ibarət kitablar da hədiyyə edilib.

AZƏRTAC xəbər verir ki, kitabları təqdim edən Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov nümayəndəlik ilə kitabxana arasında uzun illər ərzində formalaşmış səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan Respublikası dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verir və bu sahədə beynəlxalq səviyyədə fəal iştirak edir. O, həmçinin ümidvar olduğunu bildirib ki, təqdim edilən nəşrlər kitabxana tərəfindən elektronlaşdırılaraq saxlanılacaq və oxucular üçün dəyərli bir resursa çevriləcək. Bundan əlavə, təqdim olunan maliyyə dəstəyinin kitabxananın mövcud kolleksiyalarının qorunmasına və zənginləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.

Kitabxananın rəhbəri Françesko Pisano öz çıxışında Azərbaycan hökumətinə göstərilən maliyyə dəstəyi və təqdim edilən nəşrlərə görə dərin minnətdarlığını ifadə edib. O, bu töhfənin digər BMT üzv dövlətlərini də oxşar ianələrə təşviq edəcəyinə ümid etdiyini bildirib. F.Pisano Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyini “Kitabxananın dostları” sırasında dəyərləndirərək, bu əməkdaşlığın sülhün təşviqi, mədəniyyətlərarası dialoq və digər qlobal məsələlər üzrə birgə tədbir və layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını qeyd edib.

1919-cu ildə Millətlər Liqasının kitabxanası kimi fəaliyyətə başlayan bu kitabxana hazırda dünya mədəni irsinin qiymətli xəzinəsi hesab olunur. Kitabxana beynəlxalq hüquq, insan hüquqları, çoxtərəflilik, tərksilah, humanitar məsələlər, qaçqınlar, iqtisadi və sosial inkişaf, ətraf mühit kimi sahələr üzrə BMT-nin mühüm bilik mərkəzlərindən biri kimi çıxış edir. Hüquq, siyasət və sosial elmlər sahəsində isə Avropanın ən zəngin kolleksiyalarından birinə malikdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri