Icma.az
close
up
RU
BMT nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub

BMT nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 iyun, AZƏRTAC

BMT-yə üzv dövlətlər İspaniyanın Sevilya şəhərində keçiriləcək sammitdə rəsmi olaraq qəbul ediləcək inkişaf üçün maliyyələşdirmə üzrə dördüncü beynəlxalq konfransın yekun sənədi ilə bağlı razılığa gəliblər. ABŞ bu danışıqlarda və qarşıdakı konfransda iştirak etməyəcəyini bəyan edib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, iyunun 18-də BMT-nin baş qərargahında toplaşan üzv dövlətlər aylarla davam edən intensiv hökumətlərarası danışıqlardan sonra “Sevilya öhdəliyi” kimi tanınan yekun sənədi təsdiq ediblər. O, davamlı inkişafın maliyyələşdirilməsi üçün yenilənmiş qlobal çərçivənin təməl daşı kimi nəzərdə tutulub və hazırda inkişaf etməkdə olan ölkələrin üzləşdiyi illik 4 trilyon dollarlıq maliyyə çatışmazlığı fonunda daha aktualdır.

Sənədinin həmmüəllifləri olan Meksika, Nepal, Zambiya və Norveç bu sazişi BMT-yə üzvlükdə geniş dəstək bazasını əks etdirən iddialı və balanslaşdırılmış kompromis kimi qiymətləndirib.

BMT İqtisadi və Sosial Şurasında ABŞ nümayəndəsinin səlahiyyətlərini icra edən Conatan Şrayer bildirib ki, Birləşmiş Ştatlar bu mətnin konsensusa aparan yol təqdim etməməsindən təəssüflənir. O, qeyd edib ki, layihədə beynəlxalq maliyyə institutlarının idarəçiliyinə müdaxilə edilir, təkrar mexanizmlər tətbiq olunur, ticarət, vergi və innovasiya ilə bağlı Vaşinqtonun prioritetləri ilə uzlaşmayan müddəalar yer alır.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua sənədin təsdiq edilməsini alqışlayıb və vurğulayıb ki, bu, “çoxtərəfliliyin hamı üçün faydalı olduğunu göstərən kompromisdir”. O əlavə edib: “FFD4 konfransı çoxtərəfliliyin nəzərəçarpacaq nəticələr verə biləcəyini sübut etmək üçün nadir fürsət təqdim edir. Uğurlu və güclü nəticə yenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqla çoxtərəfli sistemdə inam və etimadı bərpa etməyə təkan verəcək”.

İyunun 30-dan iyulun 3-dək keçiriləcək Sevilya konfransı Monterrey (2002), Doha (2008) və Əddis-Əbəbədən (2015) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiri olacaq. Onun Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) 2030-cu ilədək və sonrakı müddətdə yerinə yetirilməsi üzrə konkret öhdəliklər hazırlaması və beynəlxalq maliyyə əməkdaşlığına rəhbərlik etməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri