Icma.az
close
up
RU
Bankların yeni öhdəliyi

Bankların yeni öhdəliyi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaşıl kreditlər”in həcminin artırılması hədəflənib

Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı öhdəliklər çərçivəsində “yaşıl taksonomiya”da qeyd edilmiş fəaliyyət sahələrinin maliyyələşdirilməsini hədəfləyir. Mərkəzi Bankdan (MB) mediaya açıqlamada bildirilib ki, həmin çərçivəyə əsasən, təqdim olunan kreditlər “yaşıl layihə”lərin tam və ya qismən maliyyələşdirilməsi, o cümlədən yenidən maliyyələşdirilməsi məqsədini daşıyır. “Yaşıl kreditlər”in digər kreditlərdən əsas fərqi onların yalnız “Yaşıl Taksonomiya”dan irəli gələn prioritetlərə uyğun olmasıdır.  Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ötən ay təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədi ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların “yaşıl” və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpa olunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artıracaq.

2060-cı ilə qədər 44 milyard dollar ...

Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və məsuliyyətlərini artıracaq. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin fikrincə, karbon emissiyalarının azaldılmasına xidmət edən həmin maliyyə təminatlarının qlobal səviyyədə yaradılması üçün yüz milyardlarla dollar lazımdır. Araşdırmalara görə, 2030-cu ilədək illik olaraq 8-9 trilyon dollar, 2050-ci ilə qədər isə illik 10-11 trilyon dollar iqlim maliyyəsi tələb olunur. Ümumilikdə isə “netto sıfır” üçün təxminən 270 trilyon dollar lazımdır. Azərbaycan qlobal alyansın üzvü kimi “yaşıl iqtisadiyyat” quruculuğunda “yaşıl maliyyə”nin əhəmiyyətinə xüsusi önəm verir və dayanıqlı maliyyə imkanlarını səfərbər etməyə çalışır. Qiymətləndirmələrə əsasən, Azərbaycanın karbon emissiyalarını azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun maliyyə təminatı ilə təmin edilə bilər.

Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək, sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək üçün sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmərəsini verməkdədir.

“Yaşıl səhm”lərin buraxılışına hazırlıq

“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya yaxın vəsait xərcləyib.

Bütün bunları nəzərə alan Azərbaycanın bank icması beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı  və Avopa Komissiyası ilə bu istiqamətdə əməkdaşlığı artırmağı düşünür.

KOB-ların “yaşıl biznes” gündəliyi...

Dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”in fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) səylərini artıraraq kiçik və orta biznesin təqdim etdiyi “yaşıl layihə”lərə daha çox kredit ayırmağa qərar verib. Agentlik tərəfindən “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. KOBİA-nın strateji hədəf baxışı KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarına üstünlük verən, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisi əldə edən, eləcə də “ağıllı suvarma” texnologiyasının yaradılmasında xüsusi təşəbbüskarlıq göstərən biznes subyektlərinə davamlı dəstək olmaqdır.

Həmin sahibkarları “yaşıl layihələrə” həvəsləndirmək üçün bir sıra motivasiyalar da nəzərdə tutlub ki, onlardan biri “Ekoloji R2” sertifikatının verilməsidir. Bu sertifikat atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrdə fəal olan sahibkarlara veriləcək. Eləcə də alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün “ağıllı su” layihələrində fərqlənən kiçik və orta sahibkarlara vergi güzəştləri nəzərdə tutulub.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri