Icma.az
close
up
RU
BMT nin yüksəksəviyyəli həftəsi qadın hüquqlarına həsr olunmuş tədbirlər başlayıb

BMT nin yüksəksəviyyəli həftəsi qadın hüquqlarına həsr olunmuş tədbirlər başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Nyu-Yorkda keçirilən və 195 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi BMT-nin yüksəksəviyyəli həftəsi qadın hüquqlarına həsr olunmuş tədbirlər başlayıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, tədbiri açan BMT Baş Assambleyasının prezidenti Annalena Berbok qadın hüquqlarına dair Pekin Bəyannaməsinin qəbulundan 30 il keçdiyini, amma bu sahədə hələ də ciddi problemlər olduğunu diqqətə çatdırıb. O, həmin vaxt ABŞ-ın birinci xanımı Hillari Klintonun Pekində səsləndirdiyi “qadınların hüquqları insan hüquqlarıdır” anlayışına toxunaraq deyib: “Bu zalda bir çoxumuz üçün gənc olanda əlçatmaz görünən, lakin indi gələcək nəsil üçün demək olar ki, normal olan mövqeləri tuturuq”.

BMT-nin Baş katibi Antonio Quterreş bəyannaməni “qadın hüquqlarına dair indiyə qədər əldə edilmiş ən iddialı qlobal siyasi öhdəlik” kimi səciyyələndirib və əlavə edib ki, bu, bütün dünyada qadın hüquqlarının müdafiəsi, siyasi iştirak və təhsilinin inkişafına kömək edib.

BMT-nin Qadınlar üzrə Gender Bərabərliyi Agentliyinin icraçı direktoru Sima Bahus qeyd edib ki, bu gün qızların məktəbi bitirmə ehtimalı tarixin hər hansı digər vaxtına nisbətən daha çoxdur. Parlamentlərdəki qadınların sayı demək olar ki, iki dəfə artıb və təkcə son beş ildə dünyada 100-ə yaxın ayrı-seçkilik qanunu ləğv edilib. “İrəli atılan hər bir addım eyni həqiqəti sübut etdi: gender bərabərliyi işləyir, amma yetərincə sürətli deyil”, -deyə o vurğulayıb”.

BMT Qadınlar Təşkilatının bu ayın əvvəlində açıqladığı yeni hesabatında gender bərabərliyi üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin heç birinin yolunda getmədiyi müəyyən edilib. Bundan əlavə, hazırda 676 milyon qadın və qız ölümcül münaqişələr zonalarında yaşayır ki, bu da 1990-cı illərdən bəri qeydə alınan ən yüksək göstəricidir. Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün nəzərdə tutulmuş təməlqoyma proqramı olan BMT-nin “Spotlight” təşəbbüsünün vəkili Sesilia Suarez deyib: “Bu mübarizədə müsbət və konkret nəticələr əldə etməyin mümkün olduğunu sübut etdik. Burada toplaşanlardan islahatlara təkan verəcək liderlik tələb olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri