Icma.az
close
up
RU
BMT nin Nyu Yorkdakı mənzil qərargahında WUF13 ə həsr olunmuş tədbirlər keçirilib

BMT nin Nyu Yorkdakı mənzil qərargahında WUF13 ə həsr olunmuş tədbirlər keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Bu il mayın 17-22-də “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Polşa və Zimbabve respublikaları BMT yanında Daimi nümayəndəliklərinin həmsədrliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi üzrə Dostlar Qrupunun iclası keçirilib. Tədbir Yeni Şəhərsalma Gündəliyinin icrasının orta müddətli qiymətləndirilməsinə hazırlıq çərçivəsində təşkil olunub və BMT-yə üzv dövlətlərin nümayəndələrinin geniş iştirakı ilə baş tutub.

İclas Dostlar Qrupunun həmsədrlərinin açılış nitqləri ilə başlayıb. Ardınca BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Gündəliyinin icrası üçün əsas fəaliyyət çərçivəsi, öhdəliklər, prioritetlər və hesabatlılıq mexanizmləri barədə təqdimatla çıxış edib. Daha sonra sənədin icrasının qiymətləndirilməsinə dair həmməruzəçilər Malavi və Polşa respublikalarının BMT yanında Daimi nümayəndələri şəhərsalma sahəsində mövcud çağırışlar və qiymətləndirmə hesabatının hazırlanması prosesi ilə bağlı fikirlərini bölüşüblər.

UN-Habitat-ın Dostlar Qrupu dünyanın bütün regionlarını təmsil edən 50 dövlətin üzv olduğu platformadır və əsas məqsədi şəhərlərin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təşviq etmək üçün üzv dövlətlər arasında dialoq və əməkdaşlığı gücləndirməkdir.

İclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı təqdimat edilib, forumun mövzusu, əsas tədbirləri və WUF13-ə hazırlıq prosesi haqda məlumat verilib.

Yanvarın 30-da Azərbaycan Respublikasının Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş diplomatik brifinq keçirilib. Tədbirdə BMT yanında akkreditə olunmuş 100-dən çox daimi nümayəndəliklərin rəhbərləri, müşahidəçilər və diplomatik korpusun üzvləri iştirak ediblər.

Brifinqdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Daimi Nümayəndənin müavini Elvin Əşrəfzadə Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində qlobal dialoqa verdiyi töhfələri vurğulayıb və WUF13-ün müasir çağırışlara kollektiv cavabların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxışında bildirib ki, WUF13 dünyada 3 milyard insanı əhatə edən qlobal mənzil böhranının həlli üçün dialoqu genişləndirmək, tərəfdaşlıqları gücləndirmək və praktik həlləri təşviq etmək baxımından mühüm platformadır. O vurğulayıb ki, WUF13 tədbiri Yeni Şəhərsalma Gündəliyinin icrasına dəstək verərək şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı inkişafına töhfə verəcək.

Brifinqdə WUF13 Milli Koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək forumun mövzusu, məqsədləri və foruma hazırlıq prosesləri barədə məlumat verib. O, Azərbaycanın WUF13-də irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili, interaktiv və nəticəyönümlü formatda Nazirlər Görüşünün keçirilməsi, 35 min kvadratmetr ərazidə təşkil olunacaq “Urban Expo” sərgisindən danışıb.

Brifinq çərçivəsində UN-Habitat-ın Kanada ofisinin rəhbəri Omar Siddique WUF13-ün proqramı, əsas tədbirləri və iştirak imkanları barədə təqdimatla çıxış edib. Tədbir sual-cavab sessiyası ilə davam edib. Türkiyə, Qırğızıstan, Belarus, Pakistan, El Salvador və digər ölkələrin diplomatları WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunacağına Azərbaycana olan inamlarını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri