Icma.az
close
up
RU
BMT nümayəndəsi: Karib ölkələri turizm potensialından yetərincə istifadə edə bilmir

BMT nümayəndəsi: Karib ölkələri turizm potensialından yetərincə istifadə edə bilmir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Karib hövzəsi ölkələri mükəmməl turizm potensialına malik olsa da, məhdudiyyətlər səbəbindən bu potensialdan yetərincə istifadə edə bilmir.

APA xəbər verir ki, bunu BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü June Christin Marie Soomer Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.

O vurğulayıb ki, müstəmləkə şəraitində yaşayan xalqlar və dövlətlər özlərinin iqtisadi inkişafını düşünməli olduğu halda bu vəziyyətdən neçə çıxmaq barədə fikirləşir.

"Müstəmləkəçiliyə ən yaxşı cavablardan biri belə ölkələrdə təhsilin səviyyəsini artırmaqdan ibarətdir. Müstəmləkə ölkələrində xalqların soyqırımı, eləcə də qeyri-insani rəftara məruz qalmasını unutmamalıyıq. İqtisadi inkişafa nəzər yetirsək, Karib hövzəsi ölkələrinin bunun üçün geniş potensialı var. Bu regionda yerləşən ölkələr müstəmləkə ilə mübarizə aparmaq üçün birləşərək, dünya ictimaiyyətinin bir parçası olmağa çalışmalıdır. Bizim artıq vahid ticarət platformamız mövcuddur. Bizim dövlətlərin ən çatışmayan cəhətlərindən biri ərazi vahidi, eləcə də malik olduğumuz təbii sərvətlərin hasilatı üçün imkanlarımız, habelə satış bazarımızın olmamasıdır. Karib hövzəsi ölkələri mükəmməl turizm potensialına malik olsa da, məhdudiyyətlər səbəbindən bu potensialdan yetərincə istifadə edə bilmir. Bizim ordumuz ona görə yoxdur ki, Karib hövzəsi sülhsevər ölkələrdən ibarətdir. Kiçik dövlətlər olmağımıza baxmayaraq, istər Qayana, istər Trinidad Tobaqo, istərsə də digər dövlətlər konstitusiyaya malikdir. Eyni zamanda, ölkəmiz bir çox Afrika dövlətləri ilə diplomatik əlaqələrə malikdir. Hesab edirəm ki, müstəqillik istəyiriksə, ilk olaraq özümüzdən, daha doğrusu düşüncəmizdən başlamalıyıq. Turizmin inkişafı bizim üçün prioritetdir və bu sahədə hədəflərə birlikdə nail olmalıyıq. İmperializmdən yaxa qurtarmaq üçün təhsilimizi də inkişaf etdirmək zəruridir. İqtisadi dominantlıqla üzləşdiyimiz üçün bu cəhətdən inkişaf edə bilmirik. Müstəmləkə siyasətinin nəticələrindən qurtulmaq üçün geniş təhlillər aparılmalı, bütün proseslər buna uyğun aparılmalıdır".

O, elmin müstəmləkə və istismarı leqallaşdırmaq aləti kimi istifadə olunduğunu söyləyib:

"Tarixən elmdən məhz müstəmləkəyə qanuni don geyindirmək üçün silah qismində istifadə olunub. Müstəmləkə şəraitində yaşayan xalqların elmi potensialından yararlanmaq üçün addımlar atılıb və bu potensial sonradan onlara qarşı istifadə edilib. Bu isə onlara öz potensialını kəşf etməyə imkan verib".

June Christin Marie Soomer onu da bildirib ki, hazırkı şərait bu elmi potensialdan daha geniş və məhz müstəmləkə xalqlarına fayda verəcək formada istifadə edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri