Icma.az
close
up
RU
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində “İdarəetmədə innovasiya forumu: dayanıqlı və gələcəyə hazır Karib hövzəsi üçün insanların iştirakına əsaslanan və inklüziv dövlət idarəçiliyi” adlı beynəlxalq tədbir keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, forum Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Latın Amerikası və Karib Hövzəsi üzrə İqtisadi Komissiyanın (ECLAC), Karib Hövzəsi Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin (CARICAD) və Latın Amerikası Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin (CLAD) tərəfdaşlığı ilə təşkil olunub.

Tədbir 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində baş tutub.

Forumda Karib hövzəsi ölkələrinin dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində məsul nazirləri, dövlət qurumlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların rəsmiləri daxil olmaqla, ümumilikdə 100-ə yaxın nümayəndə iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət xidmətlərinin vətəndaşların ehtiyacları əsasında təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. O, innovasiyanın yalnız yeni texnologiyalar və rəqəmsal platformalarla məhdudlaşmadığını, eyni zamanda daha güclü institutların, çevik idarəetmənin və insan yönümlü dövlət xidmətlərinin formalaşdırılmasının zəruriliyini qeyd edib. Həmçinin çoxşaxəli xidmət göstərilməsi prosesinin inkişafının əhəmiyyəti vurğulanıb, Azərbaycanın “ASAN xidmət” təcrübəsini Karib hövzəsi ölkələri ilə əməkdaşlıq çərçivəsində paylaşmasına hazır olduğu diqqətə çatdırılıb.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş təqdimat edib.

Forum çərçivəsində Barbadosun dövlət xidmətləri naziri və Yamaykanın Maliyyə və Dövlət Xidmətləri Nazirliyinin dövlət naziri ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin müvafiq ölkələrlə paylaşılması istiqamətində fikir mübadiləsi aparılıb.

Növbəti günlərdə qlobal və regional təcrübələrin təqdimatı, dövlət xidmətlərinin göstərilməsində mövcud boşluqların qiymətləndirilməsi və milli fəaliyyət planlarının hazırlanması ilə bağlı müzakirələr nəzərdə tutulur.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri