Icma.az
close
up
RU
BMT: Nüvə terroru təhlükəsi heç vaxt bugünkü qədər yüksək olmayıb

BMT: Nüvə terroru təhlükəsi heç vaxt bugünkü qədər yüksək olmayıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Hərbiləşdirilmiş dronlar və süni intellekt kimi yeni texnologiyaların geniş yayılması nüvə terroru təhlükəsinin hazırkı səviyyəsinin əvvəlkindən daha yüksək olduğunu göstərir. Radioloji və ya nüvə terror hücumunun humanitar, ekoloji və iqtisadi nəticələri qlobal olacaq, beynəlxalq sülhü və təhlükəsizliyi sarsıdacaq, habelə nüvə texnologiyasının dinc məqsədlərlə istifadəsinə inamı azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu xəbərdarlıq BMT-nin yeni hesabatında yer alıb.

Qeyd olunub ki, nüvə terrorizminin dəqiq tərifi olmasa da, hücum təşkil edə biləcək nümunələr “çirkli bombalar”ın istifadəsindən nüvə elektrik stansiyalarına zərbələr endirilməsinə, oğurlanmış nüvə silahlarının terrorçuların əlinə düşməsinə qədər dəyişir.

Hesabatda vurğulanır: “Xoşbəxtlikdən, təxminən 80 il əvvəl texnologiyanın meydana gəlməsindən bəri heç vaxt nüvə terror hücumu olmayıb ki, bu da təhlükəni “aşağı ehtimallı, yüksək təsirli” kateqoriyasına aid edir. Amma bu fakt terrorçu qrupların hər hansı bir hücum etməyə cəhd etmədiyi anlamına gəlmir”.

Diqqətə çatdırılır ki, sentyabrın 11-də Nyu-Yorka edilən hücumun arxasında duran “Əl-Qaidə” terror təşkilatı nüvə terroru aktları törətmək niyyətini dəfələrlə bildirib, həmçinin radioloji materialların qaçaqmalçılıq yolu ilə gətirilməsi və ya oğurlanması ilə bağlı çoxsaylı qeydə alınmış hadisələr olub. Məsələn, 2021-ci ildə Tacikistan uran dioksid tərkibli 133 tabletin oğurlandığını bildirib və onlar potensial olaraq ya ölkə daxilində, ya da “Əl-Qaidə”nin güclü olduğu Əfqanıstanda qaçaqmalçılıq məqsədilə istifadə olunub.

BMT-nin Terrorla Mübarizə Mərkəzinin (UNCCT) direktoru Mauro Miediko deyib: “Düşünürəm ki, təhlükə heç vaxt bugünkü qədər yüksək olmayıb. Terrorçu qruplar və fərdlər yeni texnologiyalarla daha güclü şəkildə əlaqə qururlar. Onlar süni intellekt ekspertləri də daxil olmaqla, yüksəkixtisaslı mütəxəssisləri işə götürüblər və biz terror aktlarında dronlardan istifadənin şahidi olmuşuq. Bu, onların dron vasitəsilə “çirkli bomba” atmaq ehtimalını daha da artırır”.

BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin məlumatına görə, nüvə və digər radioaktiv materiallarla əlaqəli terrorizmin qarşısını almaq üçün beynəlxalq hüquqi çərçivənin gücləndirilməsi fərdi olaraq üzv dövlətlər və bütövlükdə beynəlxalq ictimaiyyət üçün vacib prioritetdir. May ayında Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 2026-cı il İcmal Konfransı çərçivəsində keçirilən görüşdə natiqlər bütün BMT üzv dövlətlərini mümkün qədər tez bir zamanda Nüvə Terrorizmi Aktlarının Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiyanın (ICSANT) tərəfləri olmağa təşviq ediblər. Qlobal nüvə təhlükəsizliyi arxitekturasının təməl daşı olan Konvensiya nüvə terrorizmi aktlarını cinayət hesab etmək və bu cür təhdidlərə qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək üçün hüquqi baza yaradır. Amma 21 il əvvəl qəbul edilən bu sənəd kifayət qədər geniş dəstək səviyyəsinə çatsa da, hələ də təxminən 66 ölkə ona qoşulmayıb. Miediko bunu siyasi iradənin olmaması deyil, texniki potensialın zəifliyi ilə əlaqələndirir.

BMT-nin Terrorizmə Qarşı Mübarizə İdarəsi (UNOCT) Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq çərçivəsində milli hökumətlərə dəstək verir, onlara Konvensiyaya riayət etməyə və onu tam şəkildə həyata keçirməyə kömək edir.

Konvensiya, terror niyyəti ilə törədilən nüvə və ya digər radioaktiv materiallarla bağlı hərəkətləri cinayət məsuliyyətinə cəlb etməklə, həmçinin beynəlxalq hüquqi çərçivədəki əsas boşluqları aradan qaldırır. ICSANT istintaq, məhkəmə təqibi, ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığı gücləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri