Icma.az
close
up
RU
Planetimiz indiki qədər nüvə təhlükəsi ilə heç vaxt üz üzə qalmayıb

Planetimiz indiki qədər nüvə təhlükəsi ilə heç vaxt üz üzə qalmayıb

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"İsrailin İrana hava hücumu gözlənilən idi. Çünki Tehranın nüvə və raket proqramı İsrailə ciddi təhlükələr yaradırdı. İsrail İranın Yaxın Şərqdəki proksi qüvvələrini sıradan çıxarmaqla onun əl qolunu bağlamış oldu və bundan sonra birbaşa özünü hədəf götürdü. Buna həm də İsrail-Birləşmiş Ştatlar tandeminin Orta Şərq layihəsinin tərkib hissəsi kimi də baxmaq olar. Çünki Təl Əviv və Vaşinqton onların bu layihəyə mane yaradacaq regional güc qalmasına imkan verməzdilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Əli Orucov İran ətrafında baş verənləri şərh edərkən səsləndirib. O deyib ki, Ağ Ev administrasiyası rəhbərinin Konqresin icazəsini almadan İrana hava hücumu etməsi prosesin daha təhlükəli fazaya keçəcəyinə imkan yaratdı:
"Yaxın Şərq çox həssas və kövrək regiondur və müharibənin daha geniş areala sıçraması, həmçinin xaotik proseslərin genişlənməsi riskləri böyükdür. Eyni zamanda İran ətrafında cərəyan edən proseslər bütün dünyanı təsirləndirə bilər. Həmin region dünya iqtisadiyyatının neft və qaz təminatının 20-30 faizini ödəyir. Xüsusən də Çin, Hindistan, Yaponiya kimi nəhənglər Fars Körfəzinin enerji qaynaqlarına bağlıdır. Xüsusən də Çin və İran arasında 2021-ci ildə bağlanmış müqaviləyə görə Pekin 25 il ərzində İran iqtisadiyyatına, yol nəqliyyat və logistika sektoruna ümumilikdə 600 milyard investisiya qoymağı nəzərdə tutur. Yaxud Hindistanın İranın beynəlxalq əhəmiyyətli limanlarına sərmayə yatırılması barədə də razılaşmalar var. Təbii ki, Birləşmiş Ştatlar və İsrail üçün regionda Çinin təsirinin artması arzuolunan deyildi və İranın nüvə proqramı da təcavüz üçün bəhanədir".
Əli Orucov qeyd edib ki, Çin, Pakistan və Rusiyanın İranı dəstəkləyən reaksiyası məlumdur:
"Rusiya və Pakistandan fərqli olaraq İrana qarşı İsrail-ABŞ hücumuna Çin ciddi müdaxilə edərsə, bunun real nəticələri ola bilər və çəkindirici rol oynayar. BMT TŞ-də ABŞ-ın İranı bombalaması müzakirəyə çıxarılsa da hər hansı bir təsirli nəticəsi gözlənilmir. Çünki BMT çoxdan bir beynəlxalq qurum kimi heç nəyə yaramır və beynəlxalq münasibətlərdə də dekorasiyadan başqa bir şey deyil. Hesab edirəm ki, planetimiz indiki qədər nüvə təhlükəsi ilə heç vaxt üz-üzə qalmayıb".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri