Icma.az
close
up
RU
BMT plastik çirklənməyə son qoymaq üçün vacib olan ticarət tədbirlərini açıqlayıb

BMT plastik çirklənməyə son qoymaq üçün vacib olan ticarət tədbirlərini açıqlayıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Ticarət tədbirləri inkişaf etməkdə olan ölkələrə qeyri-mütənasib şəkildə təsir edən və qlobal problemə çevrilən plastik çirklənməyə son qoyulmasına dair planın bir hissəsi olmalıdır.

AZƏRTAC xəbər verir ki, BMT-nin ticarət və inkişaf orqanı olan UNCTAD-ın bu qiymətləndirməsi plastik çirklənməyə qarşı hüquqi cəhətdən məcburi beynəlxalq sənədin hazırlanması üzrə danışıqların yekun raundu öncəsi dərc edilən sənəddə yer alıb.

UNSTAD qeyd edir: “Plastiklər birbaşa olaraq üçlü planet böhranı - çirklənmə, biomüxtəlifliyin itirilməsi və iqlim dəyişikliyi ilə əlaqəli olsa da, hələ də onların tərkibini, dizaynını, istehsalını, ticarətini və utilizasiyasını tənzimləyən hərtərəfli beynəlxalq müqavilə yoxdur”.

BMT-nin son məlumatında bildirilir ki, artıq plastik istehsalı dünya üzrə 436 milyon metrik tona çatıb və onun ticarət dəyəri 1,1 trilyon dolları keçib. Plastiklərin tədarükü ümumi ticarət dövriyyəsinin 5 faizini təşkil edib. Bununla belə, indiyə qədər istehsal olunan bütün plastiklərin 75 faizi tullantıya çevrilib və onların əksəriyyəti dünya okeanlarına və ekosistemlərinə atılıb. Bu çirklənmə, həmçinin qida sistemlərini və insanların rifahını təhdid edir, xüsusən də kiçik ada və sahilyanı inkişaf etməkdə olan ölkələrin problemin öhdəsindən gəlmək imkanları məhduddur.

UNCTAD minerallar, bitkilər və ya heyvanlar kimi təbii mənbələrdən əldə edilən və təkrar emala və ya komposta çevrilə bilən ekoloji cəhətdən davamlı plastik əvəzediciləri dəstəkləmək üçün tarif və qeyri-tarif tədbirlərini müdafiə edir. Bu əvəzedicilərin qlobal ticarəti 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlarda illik 5,6 faiz artımla 485 milyard dollara çatıb. Bu artım tarif və qeyri-tarif tədbirləri, məhdud bazara çıxış və zəif tənzimləmə stimulları ilə bağlı problemləri həll etmək üçün tədbirlər görməyi tələb edəcək.

Sənəddə qeyd olunur ki, son 30 ildə plastik və rezin məmulatlarına olan tariflərin 34 faizdən 7,2 faizə endirilməsi onları süni ucuzlaşdırıb. Bu arada, kağız, bambuk, təbii liflər və dəniz yosunu kimi alternativlər 14,4 faiz orta tariflərlə üzləşir.

“Materiallara münasibətdə bu fərqlər inkişaf etmədə olan ölkələrdə alternativ məhsullara sərmayə qoymağa mane olur və qazıntı yanacağına əsaslanan plastiklərə daha təhlükəsiz və davamlı alternativlər ixrac etməyi hədəfləyən innovasiyalara mane olur”, -deyə UNSTAD vurğulayıb.

Hazırda plastiklərin 98 faizi mədən yanacaqlarından əldə edilir, yəni, nəzarət edilmədiyi təqdirdə emissiyaların və ətraf mühitə dəyən zərərin artacağı gözlənilir. Buna cavab olaraq, bir çox ölkələr qadağalar, etiketləmə tələbləri və məhsul standartları kimi qeyri-tarif tədbirləri tətbiq edir.

Bununla belə, həmin qaydalar fərqlidir, bu da parçalanmaya və uyğunluq xərclərinin artmasına səbəb olur. Bundan əlavə, kiçik biznes və aşağı gəlirli ixracatçılar üst-üstə düşən və ya uyğun olmayan tələblər qarşısında mübarizə aparır və beləliklə, onların həm dayanıqlı ticarətdə iştirakı, həm də bundan faydalana biləcəyi çətinləşir.

UNCTAD üçün plastik çirklənmə müqaviləsi ilə bağlı danışıqlar ümidvericidir. Onlar 2022-ci ildə başlayıb, final mərhələsi gələn həftə Cenevrədə keçiriləcək BMT-nin tədbirində davam etdiriləcək. Müqavilə ədalətli və hərtərəfli çərçivədə plastiklərin bütün həyat dövrünü – istehsal, istehlak və tullantıları əhatə edəcək.

BMT agentliyi bildirib ki, uğurlu müqavilə plastikin davamlı əvəzedicilərini dəstəkləmək üçün tarif və qeyri-tarif tədbirləri, tullantıların idarə edilməsinə və dairəvi infrastruktura sərmayə, izlənilmə və gömrük uyğunluğu üçün rəqəmsal alətlər, eləcə də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) vasitəsilə əldə edilən çərçivələr üzrə siyasət uyğunluğunu ehtiva etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri