Ekoloji çirklənməyə yol verən şəxslər cərimələndi
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, növbəti tədbirlər zamanı Neftçala rayonu Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən olunub.
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin obyektlərin məsul şəxsləri və daha 2 nəfər barəsində inzibati protokollar tərtib edilib.
Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 İyul 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















