Icma.az
close
up
RU
BMT rəsmiləri Avaza konfransının yekunlarını şərh ediblər

BMT rəsmiləri Avaza konfransının yekunlarını şərh ediblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransının yekunlarını şərh edən təşkilatın Baş katibi Antonio Quterreş Avazada jurnalistlərə müsahibəsində qeyd edib ki, bu dövlətlərin ağıllı logistikaya, sadələşdirilmiş sistemlərə və tranzit ölkələrlə daha güclü tərəfdaşlığa ehtiyacı var. O əlavə edib: “Gecikmələri və xərcləri azaltmaq üçün sərhəd əməliyyatlarını rəqəmsallaşdırmaq və nəqliyyat şəbəkələrini modernləşdirmək lazımdır”.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr dünya əhalisinin yeddi faizindən çoxuna malikdir, lakin 2024-cü ildə qlobal ticarətin cəmi 1,2 faizi bu dövlətlərin payına düşüb. Bu, fiziki maneələrin iqtisadi maneələrə çevrilə biləcəyini xatırladır.

Baş katib qeyd edib ki, ötən il BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 2024-2034-cü illər üçün Avaza Fəaliyyət Proqramı bu reallığı dəyişdirmək məqsədi daşıyır. Lakin ambisiyaların nəticəyə çevrilməsi sərhədlər və sektorlar arasında cəsarətli, əlaqələndirilmiş səylər tələb edəcək.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto müsahibəsində deyib: “Düzgün siyasət tətbiq etsəniz, ticarət həcmini artıra bilərsiniz. Məncə, dənizə çıxışı olmayan ölkələr üçün ən böyük maneə zehniyyətdir”.

Onun sözlərinə görə, 1947-ci ildə əsası qoyulan IRU bütün dünyada dayanıqlı mobillik və logistikanı dəstəkləyir, həmçinin 100-dən çox ölkədə 3,5 milyondan artıq nəqliyyat operatorunu təmsil edir. Pretto diqqətə çatdırıb ki, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədən yalnız 11-i BMT tərəfindən dəstəklənən TIR sisteminə qoşulub və bu, qarşılıqlı tanınmış gömrük proseduru altında malların möhürlənmiş bölmələrdə təyinat yerinə daşınmasına imkan verir.

Ümumdünya Gömrük Təşkilatının Baş Katibi İan Saunders isə vəziyyəti belə şərh edib: “Kağızdan rəqəmsal məlumatın dövlət orqanlarına ötürülməsinə keçmək lazımdır. Bizim “vahid pəncərə” kimi sistemlərə ehtiyacımız var. Burada sizin elektron məlumat üçün vahid qəbul nöqtəniz var. Bu, hökumətlərə həmin məlumatları operativ təhlil etmək və qərar vermək imkanı yaradır”. O, Şərqi və Qərbi Afrikada yüklərin izlənməsi və Mərkəzi Asiyada özəl şirkətlər tərəfindən bəzən “mal pasportu” adlandırılan elektron TIR karnetlərindən istifadə kimi uğurlu təşəbbüslərin nümunələrini bölüşüb. Bu unikal sənədlər malların tranziti zamanı rüsum və vergilərin asanlıqla ödənilməsinə zəmanət verir.

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Maryasin isə müsahibəsində hələ 2023-cü ildə Trans-Xəzər Dəhlizinin rəqəmsallaşdırılması üzrə yol xəritəsinin qəbulunu qeyd edib. Onun sözlərinə görə, BMT alətlərindən və uyğunlaşdırılmış qaydalardan istifadə edərək dəhlizdə Asiya və Avropa arasında malların daşınması üçün həm quru, həm də dəniz nəqliyyatından, o cümlədən dəmir yolu və Xəzər dənizi üzərindən gəmiçilikdən istifadə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri