BMT rəsmisi: Suriyada cavabdehlik yenidənqurmanın bir hissəsidir
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birləşmiş Millətlər Təşkilatının Suriyadakı cinayətləri araşdıran Beynəlxalq Qərəzsiz və Müstəqil Suriya Mexanizminin (IIIM) sədri Robert Petit Suriyada hesabatlılığın təmin edilməsinin yenidənqurma işlərinin bir hissəsi olduğunu bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, IIIM-nin 2016-cı ildə BMT Baş Assambleyasının qərarı ilə 2011-ci ilin mart ayından Suriyada törədilən ağır cinayətlərə dair sübutların toplanması, mühafizəsi, birləşdirilməsi və təhlili məqsədilə yaradıldığını xatırladan Petit bu cinayətlərin törədilməsinə dair sübutları araşdırmaq səlahiyyətinə malik olduqlarını bildirib:
"Hazırda topladığımız 283 terabaytdan çox məlumatımız var. Biz bu məlumatlardan istifadə edir və cari və gələcək məhkəmə proseslərini dəstəkləmək vəzifəsini yerinə yetirmək üçün öz məlumatlarımızı istehsal edirik".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















