Icma.az
close
up
RU
Suriyada hərbi əməliyyatlar böyük planın tərkib hissəsidir RƏY

Suriyada hərbi əməliyyatlar böyük planın tərkib hissəsidir RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) bağlı qüvvələr Suriyada hərbi əməliyyat keçirib. CENTCOM özü yaydığı məlumatda bildirib ki, bu gün səhər saatlarında Fərat Hərbi Dəstək Bölgəsi ətrafında ABŞ və koalisiya qüvvələrinə təhlükə yaradan 3 pikap maşınına quraşdırılmış raket buraxan qurğu, 1 ədəd T-64 tankı, 1 ədəd PDM və minatan da daxil olmaqla, müxtəlif silah sistemlərini uğurla məhv edib. Onlar həmçinin əlavə edib ki, sözügedən əməliyyatın Suriyanın şimal-qərbində baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur:

“Buna baxmayaraq, regionda baş verən son prosesləri yaxından izləməyə davam edirik”. 


CENTCOM-un Suriyadakı hərbi əməliyyatını "Sherg.az"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, ABŞ-nin Suriyada həyata keçirdiyi siyasət böhrana və ictimai gərginliyə səbəb olub:

"Ağ Ev, Suriyadakı maraqlarını təmin etmək məqsədilə PYD və YPG kimi qruplaşmaları dəstəkləməyi seçib. Bu dəstək, NATO-ya üzv olan və regionda mühüm geosiyasi rola malik Türkiyəyə qarşı ciddi haqsızlıq kimi qəbul olunur. Çünki PYD və YPG qruplaşmaları uzun illərdir Türkiyəyə qarşı separatçı fəaliyyətlər həyata keçirir və ölkənin ərazi bütövlüyünü təhdid edir. Bu cür dəstək, yalnız Türkiyənin deyil, bütövlükdə regionun sabitliyinə mənfi təsir göstərir.

Eyni zamanda, CENTCOM-un bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar da ABŞ-nin  maraqlarını təmin etmək məqsədinə xidmət edir. ABŞ-nin Əsəd qüvvələrinə qarşı təşkil etdiyi əməliyyatlar, ilk baxışda demokratiya və sabitlik gətirmək niyyəti kimi təqdim olunsa da, əslində, imperialist maraqların irəlilədilməsinə yönəlib. Bu siyasət, yalnız Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə uzunmüddətli sabitliyə təhlükə yaradır və mövcud gərginlikləri daha da dərinləşdirir.


Ekspert əlavə edib ki, Bayden administrasiyasının hakimiyyətinin son günlərində ABŞ, Yaxın Şərqdə və digər regionlarda hərbi dağıdıcılıq siyasətini davam etdirə bilər. 

"Bu, artıq təhlükəli bir tendensiyaya çevrilib və qlobal sabitlik üçün ciddi təhdid yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri