Icma.az
close
up
RU
BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

BMT iyul ayında Cenevrədə illik “Süni intellekt rifah naminə” sammiti çərçivəsində keçiriləcək Süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlıqları davam etdirir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, təşəbbüsün həmsədrləri müzakirə üçün əsas sahələri müəyyən etmək məqsədilə üzv dövlətlər və maraqlı tərəflərlə məsləhətləşmələr aparırlar.

Dialoq zamanı süni intellektin imkanları və təsirləri, təhlükəsizlik məsələləri, insan hüquqları və rəqəmsal uçurumla bağlı müzakirələrin aparılacağı gözlənilir.

Süni İntellektin İdarə Edilməsi üzrə Qlobal Dialoq BMT-yə üzv dövlətlər tərəfindən ötən ilin avqust ayında müvafiq qətnamənin qəbul edilməsindən sonra yaradılıb. Bu, süni intellektin inkişafı ilə bağlı çətinlikləri və imkanları müzakirə etmək üçün ilk universal beynəlxalq forum olub.

Salvadorun BMT-dəki daimi nümayəndəsi Eqriselda Lopez və Estoniyanın BMT-dəki daimi nümayəndəsi Rein Tammsaar təşəbbüsün həmsədrləri təyin ediliblər.

Onların fikrincə, yeni platforma mövcud beynəlxalq təşəbbüsləri və süni intellekt sahəsində ən yaxşı təcrübələri bir araya gətirməli, mövcud prosesləri təkrarlamaq əvəzinə, onları tamamlamalıdır.

Təhlükəsizlik və insan hüquqları müzakirələrin əsas mövzuları arasında olacaq. Bir çox iştirakçı insan hüquqları üçün ayrıca bir sahənin inkişaf etdirilməsini müdafiə edir.

BMT Baş katibinin rəqəmsal və inkişaf etməkdə olan texnologiyalar üzrə xüsusi elçisi Amandip Qill qeyd edib ki, dialoq bütün bəşəriyyətin rifahı üçün süni intellektdən istifadə etmək üzrə daha geniş strategiyanın bir hissəsidir, həmçinin bilik və təcrübə mübadiləsini sürətləndirəcək.

O, həmçinin Süni İntellekt üzrə Müstəqil Beynəlxalq Elmi Panelin Cenevrədə keçiriləcək iclasında ilk hesabatını təqdim edəcəyini açıqlayıb.

Qillin sözlərinə görə, ölkələrin Davamlı İnkişaf Məqsədlərinə çatmaq və onu effektiv şəkildə tənzimləmək üçün süni intellektdən istifadə etmək imkanları son dərəcə qeyri-bərabər olaraq qalır və bu, rəqəmsal uçurumu azaltmaq üçün səylər tələb edir.

Eqriselda Lopez qlobal dialoqun mandatının süni intellekt tətbiqlərinin hərbi aspektlərinə şamil edilmədiyini bildirib. Təşəbbüsün əsas məqsədi bu sahədə siyasət və tənzimləyici müzakirələr üçün açıq forum yaratmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri