Icma.az
close
up
RU
“BMT Təhlükəsizlik Şurası İsrailin Qətərə hücumunu pisləyib, Təl Əviv danışıqları sabotaj edir“ “Deutsche Welle“

“BMT Təhlükəsizlik Şurası İsrailin Qətərə hücumunu pisləyib, Təl Əviv danışıqları sabotaj edir“ “Deutsche Welle“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Hər dəfə əsirlərin azad olunması üzrə proses irəlilədikcə, Netanyahu kimisə bombalayır..."

BMT Təhlükəsizlik Şurası 11 sentyabrda Dohaya endirilən hava zərbələrini pisləyib və dinc sakinlərin ölümü ilə bağlı dərin təəssüfünü ifadə edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Qətərin vasitəçilik roluna diqqət çəkən bəyanatda üzv dövlətlər, o cümlədən ABŞ İsraili birbaşa ad çəkmədən eskalasiyanın qarşısını almağa və danışıqların davam etdirilməsinə çağırıb. İsrail isə mövqeyində sərtdir: baş nazir Benyamin Netanyahu əməliyyatı HAMAS rəhbərlərinə qarşı müstəqil addım kimi təqdim edir və bəyan edir ki, "terrorçular üçün nə Qəzza, nə Tehran, nə də Doha sığınacaq ola bilməz". İsrailin BMT-dəki nümayəndəsi Qətəri HAMAS-ı ölkədən qovmağa çağırıb, əks halda bu işi Təl-Əvivin özü görəcəyini vurğulayıb.

Vaşinqtonda narahatlıq

"Politico"-nun yazdığına görə, ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası Qətər əməliyyatından kəskin narazıdır. Ağ Evdə ehtimal edirlər ki, Netanyahu bilərəkdən danışıqları sabotaj edib. Mənbələrin sözlərinə görə, hər dəfə əsirlərin azad olunması üzrə proses irəlilədikcə İsrail yeni zərbə endirir və bu, Tramp administrasiyasında ciddi məyusluq yaradıb.

Hazırda Vaşinqton Qətəri sakitləşdirməyə çalışır. Qətər baş naziri Məhəmməd əl-Tani bu mövzunu müzakirə etmək üçün Tramp, vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffla görüşəcək. Paralel olaraq isə Rubionun yaxın günlərdə İsrailə səfəri planlaşdırılır.

Məqsəd dəyişdimi?

İsrail cəmiyyətində əməliyyat geniş dəstək alsa da, ziddiyyətli məqamlar da var. Rəsmi açıqlamalara görə, həlak olanlar arasında HAMAS rəhbərliyinə yaxın şəxslər olub, amma əsas fiqurlar sağ qalıb. Müxalifət və əsirlərin ailələri isə ehtiyat edir ki, bu addım girovların həyatını daha da təhlükəyə atıb. "Girovların ailələri" adlı  təşkilat hökuməti konkret plan təqdim etməyə çağıraraq "biz donub qalmış qorxu içindəyik" bəyanatı yayıb.

Yeni oyun qaydaları

Ekspertlərin fikrincə, Dohaya hücum İsrailin danışıqlara münasibətində dönüş yarada bilər. Uzun illər Qərb modelinə uyğun proseslərdə iştirak edən Təl-Əviv indi bu oyunu "HAMAS-ın qaydaları ilə" aparmaq istəmir. Bu addım İsrailin gələcəkdə daha çox birtərəfli hərəkət edəcəyinə işarə kimi oxunur. Beləliklə, BMT dialoqa çağırır, ABŞ tərəddüd içindədir, Qətər isə vasitəçilik statusunu qorumağa çalışır. Amma Dohadakı partlayış bir daha göstərdi ki, Yaxın Şərqdə diplomatiya ilə silah gücü arasındakı xətt getdikcə daha çox bulanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri