Icma.az
close
up
RU
Ərdoğan amerikalı həmkarı Trampla telefon danışığı aparıb Nəyi müzakirə ediblər?

Ərdoğan amerikalı həmkarı Trampla telefon danışığı aparıb Nəyi müzakirə ediblər?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh Şurası ilə bağlı proses və müdafiə sənayesi başda olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.

"Ərdoğan Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini qeyd edib və bildirib ki, bütün sahələrdə münasibətlərin daha irəli səviyyələrə daşınması hər iki ölkənin ortaq mənafeyinə uyğundur", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Türkiyə lideri Suriyada atəşkəs anlaşmasının tam şəkildə yerinə yetirilməsinə böyük önəm verdiyini qarşı tərəfin diqqətinə çatdırıb və prosesi həm ABŞ, həm də Suriya rəsmiləri ilə əlaqəli şəkildə yaxından izlədiklərini bildirib.

"Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitar fəlakətin sonlandıracağına və Qəzzanın bərpası ilə bölgədə davamlı sülhün bərqərar olacağına inandığını söyləyib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu, liderlər arasında bir həftə ərzində ikinci telefon danışığıdır. Yanvarın 21-də də onlar ikitərəfli əlaqələri, regional və qlobal hadisələri müzakirə etmişdilər.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl suriyalı həmkarı Əhməd Əl Şaraanın Rusiyaya səfərindən öncə onunla "möhtəşəm" danışıqlar apardığını bildirmişdi. ("Report" )

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Yanvar 2026 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri