BMT TŞ Ukrayna üçün bu tarixdə toplanacaq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası martın 26-da keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə mart ayında Təhlükəsizlik Şurasının (TŞ) sədri vəzifəsini icra edən Danimarkanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının iclası martın 26-na təyin edilib. Bu, digərlərinin dəstəyi ilə Təhlükəsizlik Şurasının bir sıra üzvləri tərəfindən tələb olunub”, - Danimarka diplomatik missiyası bildirib.
Qeyd edək ki, fevralın 24-də BMT Baş Assambleyası 93 ölkə tərəfindən dəstəklənən Ukrayna ilə bağlı qətnamə qəbul edib. 18 dövlət sənədin əleyhinə səs verib, 65 dövlət isə bitərəf qalıb. ABŞ qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edərək, özünün neytral sənədini təklif edib.
Daha sonra BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukraynadakı münaqişəyə son qoymağa çağırdığı “Sülhə gedən yol” qətnaməsini təsdiqləyib. Bu qətnamə Rusiya, ABŞ və Çin tərəfindən dəstəklənib.
Bu mövzuda digər xəbərlər:BMT TŞ Ukrayna üçün toplanacaq
10 Yanvar 2026 22:39
BMT TŞ Ukrayna üçün təcili toplandı
14 Yanvar 2026 09:31
Rusiya BMT TŞ nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib
05 Fevral 2025 21:44
BMT TŞ nin Ukrayna iclası: sərtləşən ritorika və dünya üçün mesajlar
10 Dekabr 2025 14:43
BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək
10 Yanvar 2026 08:40
Baxış sayı:65
Bu xəbər 25 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















