Icma.az
close
up
RU
BMT TŞ nin Ukrayna iclası: sərtləşən ritorika və dünya üçün mesajlar

BMT TŞ nin Ukrayna iclası: sərtləşən ritorika və dünya üçün mesajlar

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 9-sa BMT Təhlükəsizlik Şurasında Ukrayna iclası keçirildi. İslac göstərdi ki, müharibə həm hərbi, həm humanitar, həm də diplomatik müstəvidə daha kritik mərhələyə daxil olub.

İclasın tonu həm Ukrayna nümayəndəsinin emosional çıxışından, həm də BMT rəsmilərinin kəskin xəbərdarlıqlarından hiss olunurdu.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Rusiyanın “Ukraynanın təslim olmasını” tələb etdiyini açıq şəkildə deyərə, bunun qeyri-mümkün olduğunu vurğuladı. Onun “Biz bayram yarmarkasında deyilik, Çerkizov bazarında da deyilik… hər şeyi əldə edə bilərsiz, Ukraynadan başqa” ifadəsi faktiki olaraq Ukraynanın Rusiya ilə hansı şərtlərdə danışıqlara getməyə hazır olmayacağını göstərdi. Melnikin mesajı həm Moskvanın “sülh” ritorikasının gerçək niyyətini, həm də Kiyevin öz suverenliyini heç bir halda “satmamaq” xəttini nümayiş etdirdi.

İclasda səslənən humanitar hesabat isə müharibənin çılpaq reallığını ortaya qoydu. BMT-nin İnsan Hüquqları üzrə İdarəsinin açıqladığı rəqəmlər 2025-ci ilin iyun–noyabr ayları arasında mülki itkilərin ciddi şəkildə artdığını göstərir. Bu artım təkcə cəbhə xətti ilə bağlı deyil. Rusiyanın enerji sistemlərinə, yaşayış zonalarına, istilik və su infrastrukturuna yönəltdiyi kütləvi hücumlar milyonlarla insanı qışın ən sərt günlərində yaşamaq imkanlarından məhrum edir.

BMT-nin humanitar məsələlər üzrə baş katib müavini Coys Msuya çıxışında diplomatik terminologiyanı bir kənara qoyaraq açıq şəkildə konkret addımlar çağırışı etdi. Onun sözləri bir növ SOS siqnalı idi. Msuya xəbərdar etdi ki, bir tərəfdə enerji infrastrukturuna sistematik hücumlar, digər tərəfdə isə humanitar yardımların maliyyələşməsində azalma Ukraynanı böhran həddinə gətirib. O, TŞ üzvlərinə “savaş qaydalarının praktikada tətbiqi”, “insani yardımın qarşısızlaşdırılması”, “insani əməliyyatların maliyyələşdirilməsi” kimi üç konkret tələb irəli sürdü.

Bu çağırışlar əslində iki mühüm reallığı təsdiqləyir. Birincisi, Rusiya qış mövsümündə müharibəni enerji infrastrukturu üzərindən dərinləşdirir, məqsəd siyasi təzyiq və ictimai yorğunluq yaratmaqdır. İkincisi, Qərb ölkələrinin Ukraynaya yardımı 2025-ci ilin ikinci yarısından etibarən həm siyasi debatlara, həm də büdcə problemlərinə görə zəifləməyə başlayıb.

Belə bir fon qarşısında Avropa İttifaqının nümayəndəsi Stavros Lambrinidisin “Rusiya sülh niyyəti göstərmir” fikri sadəcə diplomatik bəyanat deyil, iclasın ümumi ab-havasının yekunudur. Yəni BMT-nin özündə belə status-kvoyu dəyişəcək siyasi iradə görünmür.

Nəticə olaraq, 9 dekabr iclası göstərdi ki, Ukrayna müharibəsi nə diplomatik yumşalma mərhələsinə keçib, nə də tərəflər kompromisə yaxınlaşıb. Ritorika sərtləşir, humanitar böhran dərinləşir və beynəlxalq təşkilatlar real təsir gücündən uzaq görünür. Melnikin çıxışı Ukraynanın prinsipial mövqeyinin dəyişməyəcəyini nümayiş etdirdi, Msuya isə dünya üçün daha pis bir ssenarinin qış aylarında qapını döydüyünü açıqca etiraf etdi.

Bu iclas həm də onu göstərdi ki, 2025-ci ilin qışı Ukrayna üçün təkcə hava şəraitinə görə deyil, həm də siyasi və humanitar baxımdan ən ağır dövrlərdən biri olacaq.

Ruslan Zəngəzur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri