Icma.az
close
up
RU
BMTM və xarici tərəfdaşlar arasında məhsuldar görüşlər keçirilib

BMTM və xarici tərəfdaşlar arasında məhsuldar görüşlər keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 may, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İordaniya Universitetinin nəzdindəki Strateji Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, islamofobiya ilə mübarizəyə həsr olunmuş 3-cü beynəlxalq konfrans çərçivəsində imzalanan memorandum birgə tədbirlərin təşkilini və tədqiqatların aparılmasını nəzərdə tutur.

Müzakirələr zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Yaxın Şərqlə bağlı yanaşmaları barədə məlumat verib və beyin mərkəzləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin əməkdaşlığın inkişafı üçün əməli addımların atılmasının zəruriliyini qeyd edib.

Strateji Araşdırmalar Mərkəzinin Baş direktoru Həsən Əl Momani öz növbəsində İordaniyanın Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, xüsusilə akademik və intellektual müstəvidə əlaqələrin intensivləşdirilməsi əməkdaşlığın inkişafına öz konstruktiv töhfəsini verəcək.

Bununla yanaşı, BMTM nümayəndə heyəti ilə Mərakeşin Amadeus İnstitutunun Kommunikasiyalar, Təhlillər və Tərəfdaşlıqlar üzrə direktoru Amine El Kabbaj arasında görüş keçirilib. Hər iki tərəf ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayaraq, birgə təşəbbüslər və digər akademik fəaliyyətlər daxil olmaqla, praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbinin dekanı İbrahim Ethem Atnur ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektləri və elmi institutlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri