BMTMin sədri: Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf İnstitutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeus İnstitutu, Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutudur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ilin yekunlarına dair keçirilən mətbuat konfransında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
O əlavə edib ki, bu il Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdiyi AIDA proqramı çərçivəsində Albaniya, Nepal, Braziliya, Pakistan, Niderland, Serbiya, Belçika, Avstraliya, Macarıstan, Mərakeş, Gürcüstan və Çindən olan ekspertlər BMTM-də təqaüd proqramında iştirak ediblər.
Baxış sayı:120
Bu xəbər 24 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















