Icma.az
close
up
RU
BANM ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

BANM ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “SABAH.academy” MMC arasında anlaşma memorandumu imzalanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, memorandum çərçivəsində ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib-hazırlanması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı dəstəyin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, BANM tələbələri üçün istehsalat təcrübələrinin, “Sahibkarlığa giriş kursu”nun və hakatonun təşkili, təlim və treninqlərin keçirilməsi, eləcə də əməkdaşlarının müvafiq təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, gələcəkdə yaradılacaq “Sabah City” texnoparkında ali məktəbin də iştirak etmək niyyətində olduğunu bildirib. Habelə SABAH.HUB-ın dəstəyilə yaradılmış “Baku ID” İnnovasiya Festivalında BANM-ın hər iki komandasının 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyünü xatırladıb.

SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlı əməkdaşlığa görə təşəkkürünü bildirərək deyib: “Əlbəttə ki, ilk gəldiyimiz yer BANM olmalı idi. Biz bu tərəfdaşlığın daha da inkişaf etməsinə ümid bəsləyir, gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq”.

Memorandumu rektor Elmar Qasımov və baş icraçı direktor Rəhim Bayramlı imzalayıblar.

İmzalanma mərasimində SABAH.HUB-ın İdarə Heyətinin üzvü Fərhad Paşayev, BANM-in administrativ heyəti də iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri