Icma.az
close
up
RU
BMTnin Baş katibi ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb

BMTnin Baş katibi ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 12-də COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbiri olub.

AZƏRTAC xəbər verir ki, İtki və Zərərlərə Cavab Fondunun idarə heyətinin həmsədri Riçard Şerman itkilərə və zərərlərə cavab vermək məqsədilə maliyyə dəstəyini artırmaq üçün ölkələr səviyyəsində əlaqələndirilmiş fəaliyyəti irəli aparmaq və qüvvələri səfərbər etmək məqsədilə illik dialoqun yaradılmasının əhəmiyyətli hadisə olduğunu deyib.

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib. “İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın dayandığını görürük”, - deyən Baş katib əlavə edib ki, İtki və Zərərlərə Cavab Fondunun yaradılması inkişaf edən ölkələr, çoxtərəflilik və ədalət üçün qələbədir. Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil. Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir. Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.

Antonio Quterreş ölkələri fonda yeni vəsaitlər ayırmağa, yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişmələrinin təsirlərinin hər gün hiss olunduğunu bildirib, ekstremal hava hadisələrinin insanların dolanışıq vasitələrini, mədəni irsi məhv etdiyini, sakinləri öz evlərini tərk etmək məcburiyyətində qoyduğunu deyib. Ona görə də itki və zərərin qarşısının alınması COP29 sədrliyinin ambisiyaları artırmaq planının əsas prioritetlərindən biri müəyyən edilib.

COP29-un Prezidenti tədbirin fonda vəsaitlərin axınına, onların ən çox ehtiyac duyulan yerə yönəldilməsi məsələsini müzakirə etməyə imkan verəcəyini, bu çərçivədə ev sahibliyi, qəyyumluq və ianəçi müqavilələrinin imzalanacağını bildirib. O, ən çox zərər çəkən icmaların ehtiyaclarını daha effektli şəkildə qarşılıya bilmək üçün ölkələri daha çox maliyyə öhdəlikləri götürməyə çağırıb, maliyyələşmədən başqa, texniki yardımın da göstərilməsinin vacibliyini vurğulayıb.

M.Babayev bu gün işə salınan illik yüksəksəviyyəli dialoqun itki və zərərə cavab verməkdə daha səmərəli fəaliyyət göstərmək səylərində mühüm vasitə olacağını diqqətə çatdırıb, müxtəlif maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq edəcəyinə əminliyini bildirib.

COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdulla Balalaa İtki və Zərərlərə Cavab Fondunun yaradılmasının siyasi iradədən xəbər verdiyini qeyd edərək vurğulayıb ki, iqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır. Bunun qarşısını almaq, daha doğrusu, ziyanı azaltmaq ölkələr arasında əlaqələndirməni gücləndirmək, məlumat mübadiləsini təşviq etmək və ən əsası, resursları geniş miqyasda səfərbər etmək üçün vahid səy tələb edir.

Dünya Bankının prezidenti Acay Banqa, İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru Brahima Şeyx Dionq və digərləri mövzuya dair çıxışlar edib, müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see125

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see115

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see114

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see112

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri