Icma.az
close
up
RU
Quterreş ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə ÇAĞIRDI FOTO

Quterreş ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə ÇAĞIRDI FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Noyabrın 12-də COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbiri olub.
Bizim.Media xəbər verir ki, İtki və Zərərlərə Cavab Fondunun idarə heyətinin həmsədri Riçard Şerman itkilərə və zərərlərə cavab vermək məqsədilə maliyyə dəstəyini artırmaq üçün ölkələr səviyyəsində əlaqələndirilmiş fəaliyyəti irəli aparmaq və qüvvələri səfərbər etmək məqsədilə illik dialoqun yaradılmasının əhəmiyyətli hadisə olduğunu deyib.
 

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib.


“İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın dayandığını görürük”, - deyən Baş katib əlavə edib ki, İtki və Zərərlərə Cavab Fondunun yaradılması inkişaf edən ölkələr, çoxtərəflilik və ədalət üçün qələbədir.
Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil. Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir. Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.
Antonio Quterreş ölkələri fonda yeni vəsaitlər ayırmağa, yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişmələrinin təsirlərinin hər gün hiss olunduğunu bildirib, ekstremal hava hadisələrinin insanların dolanışıq vasitələrini, mədəni irsi məhv etdiyini, sakinləri öz evlərini tərk etmək məcburiyyətində qoyduğunu deyib. Ona görə də itki və zərərin qarşısının alınması COP29 sədrliyinin ambisiyaları artırmaq planının əsas prioritetlərindən biri müəyyən edilib.
COP29-un Prezidenti tədbirin fonda vəsaitlərin axınına, onların ən çox ehtiyac duyulan yerə yönəldilməsi məsələsini müzakirə etməyə imkan verəcəyini, bu çərçivədə ev sahibliyi, qəyyumluq və ianəçi müqavilələrinin imzalanacağını bildirib. O, ən çox zərər çəkən icmaların ehtiyaclarını daha effektli şəkildə qarşılıya bilmək üçün ölkələri daha çox maliyyə öhdəlikləri götürməyə çağırıb, maliyyələşmədən başqa, texniki yardımın da göstərilməsinin vacibliyini vurğulayıb.
 

M.Babayev bu gün işə salınan illik yüksəksəviyyəli dialoqun itki və zərərə cavab verməkdə daha səmərəli fəaliyyət göstərmək səylərində mühüm vasitə olacağını diqqətə çatdırıb, müxtəlif maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq edəcəyinə əminliyini bildirib.


COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdulla Balalaa İtki və Zərərlərə Cavab Fondunun yaradılmasının siyasi iradədən xəbər verdiyini qeyd edərək vurğulayıb ki, iqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır.
Bunun qarşısını almaq, daha doğrusu, ziyanı azaltmaq ölkələr arasında əlaqələndirməni gücləndirmək, məlumat mübadiləsini təşviq etmək və ən əsası, resursları geniş miqyasda səfərbər etmək üçün vahid səy tələb edir.
Dünya Bankının prezidenti Acay Banqa, İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru Brahima Şeyx Dionq və digərləri mövzuya dair çıxışlar edib, müzakirələr aparılıb.






Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri