Icma.az
close
up
RU
BMU da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

BMU da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov gənclərin elmə marağını artırmaq məqsədilə ənənəvi olaraq keçirilən elmi konfransın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, belə konfranslar gənc tədqiqatçıların qazandıqları elmi nailiyyət və təcrübələrin paylaşılması, ortaq problemlərin müzakirəsi, onların həlli yolları üçün təkliflərin irəli sürülməsi, o cümlədən beynəlxalq əməkdaşlıq baxımından böyük önəm daşıyır. Prorektor çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə iqtisadi, mədəni və elmi sahələrdə mühüm uğurlara imza atıldığını, gənclərin inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda, gənclərin hazırda beynəlxalq elm aləmində layiqli yer tutmasını Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi qiymətləndirib.

Prorektor beynəlxalq tədbirə Polşa, Gürcüstan, Norveç, Pakistan və Rusiyadan olan tədqiqatçıların qatıldığını bildirib. Həmçinin konfransa 472 müraciətin daxil olduğunu, yüksək elmi standartlar əsasında aparılan dəyərləndirmə nəticəsində 357 məqalənin qəbul edildiyini deyən Ağası Məlikov aparılacaq müzakirələrin gələcəkdə elmi innovasiyalara yol açacağını, cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcəyini söyləyib.

Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini Cəmilə Namazova beynəlxalq konfransa gənc tədqiqatçıların böyük maraq göstərməsinin sevindirici hal olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafı, gənclərin elmi potensialının artırılması üçün həyata keçirilən məqsədyönlü dövlət siyasətindən ətraflı bəhs edib. Habelə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində elmdə qazanılan nailiyyətləri nəzərə çatdırıb. Eyni zamanda, Ümummilli Lider tərəfindən əsası qoyulan xaricdə təhsil ənənəsinin ölkəmizə peşəkar kadrlar qazandırdığını və hazırda bu istiqamətdə icra olunan dövlət proqramları nəticəsində gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssis kimi yetişərək Azərbaycanın inkişafına töhfələr verdiklərini bildirib. Cəmilə Namazova çıxışının sonunda konfransın həm yerli, həm də xarici universitet, akademiya, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən əməkdaşlar üçün tədqiqatlarını təqdim etmək, elmi nailiyyətlərini tanıtmaq baxımdan uğurlu platforma olduğunu deyib.

Sonra konfransın plenar iclası başlayıb. İclasda BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Ərtuğrul Qayıbov və Ümumi fənlər kafedrasının baş müəllimi Elnur Nəciyevin elmi məruzələri dinlənilib.

Müzakirələrin ardınca məruzəçilərə sertifikatlar təqdim olunub.

Ümumilikdə 20-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri