BMU da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 fevral, AZƏRTAC
Mayın 22-23-də Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr ediləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif universitetlərində, akademiyalarında və tədqiqat institutlarında çalışan gənc tədqiqatçılar bu platformada bir araya gəlməklə, son elmi nailiyyətləri və təcrübələri bölüşəcəklər. Eyni zamanda, müxtəlif elmi sahələrdə qarşıya çıxan problemlər təhlil ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək, bütövlükdə gənclərdə elmə həvəsin artırılması təşviq olunacaq.
Konfrans riyaziyyat və kompüter elmləri, informasiya texnologiyaları və kibertəhlükəsizlik, logistika və nəqliyyatın müasir problemləri, biologiya, biotexnologiya, qida mühəndisliyi, mühəndislik mexanikasının müasir problemləri, sənaye mühəndisliyi və ekologiyasının müasir problemləri, fizika və fiziki mühəndislik, kimya və kimya mühəndisliyi, avtomatlaşdırma, telekommunikasiya, enerji və iqtisadiyyata dair müxtəlif elmi istiqamətləri əhatə edəcək. Bununla yanaşı, hüquq, memarlıq, dizayn, tarix, sosiologiya, filologiya elmləri və başqa mövzularda da müzakirələr aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















