Icma.az
close
up
RU
BMU da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olundu

BMU da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olundu

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) Çinin İKT sahəsində nəhəng korporasiyası olan “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev “Huawei” şirkətinin rəhbər heyətini universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor Çin və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini önə çəkərək hər iki ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində əlaqələrin daha da möhkəmləndiyini, həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. Texnoloji çağda universitet-sənaye əməkdaşlığının əhəmiyyətinin artdığını deyən Yaqub Piriyev BMU ilə şirkət arasında əlaqələrin yaranmasını müsbət qiymətləndirib. Son zamanlar BMU-nun Çin ali məktəbləri ilə əməkdaşlığına dair mühüm görüşlərin keçirildiyini, razılaşmaların əldə olunduğunu söyləyən rektor beynəlxalq şirkətlərlə tərəfdaşlığın genişləndirilməsinin tədris prosesi, tələbələrin müvafiq sahələr üzrə peşəkar hazırlanmasına verdiyi töhfələri qeyd edib. Habelə  mühəndislik və IT sahəsi üzrə ixtisaslaşan BMU-da keyfiyyətli tədris aparıldığını, habelə universitetin tədqiqat potensialını, müasir laboratoriyaları və Texnoparkının imkanlarını diqqətə çatdırıb. 

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin öz növbəsində BMU ilə tanışlığın və yaranan əməkdaşlıq imkanlarının məmnunluq doğurduğunu bildirib. Şirkət haqqında məlumat verən vitse-prezident görüşün BMU-“Huawei” arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Angela Lin BMU rəhbərliyini şirkətin təşəbbüsü ilə gələn ay Çinə təşkil olunacaq “Rektorların nümayəndə heyətinin səfəri”ndə iştiraka dəvət edib. Bildirib ki, bu səfər zamanı təhsilin rəqəmsallaşması istiqamətində yeniliklər öyrəniləcək. Çindəki rəqəmsal transformasiya prosesləri ilə yaxından tanışlıq fürsəti yaradacaq bu səfər çərçivəsində, eyni zamanda “Huawei” şirkətinin dünya üzrə lider olan İKT texnologiyaları barədə ətraflı məlumat əldə ediləcək. 

Sonra tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması, tədris və infrastrukturun inkişafına yönəlmiş birgə layihələrin icrası məsələləri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri