Icma.az
close
up
RU
BMU da IFEC 2025 beynəlxalq konfransının açılışı olub FOTOLAR

BMU da IFEC 2025 beynəlxalq konfransının açılışı olub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU)  II Beynəlxalq “Gələcəyin mühəndisliyi“ (IFEC 2025) konfransının açılışı keçirilib.

"Unikal" xəbər verir ki, BMU,Türkiyənin Şırnak Universiteti, həmçinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə hibrid formatda təşkil olunan konfransda şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Hər iki ölkənin bir sıra universitetlərinin qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov iştirakçıları salamlayaraq konfransın sürətlə inkişaf edən mühəndislik, texnologiya sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də innovativ yanaşmaların, müasir texnoloji nailiyyətlərin müzakirəsini təmin etmək məqsədi daşıdığını bildirib. Eyni zamanda konfransın mühüm elmi müzakirələrə, yeni əməkdaşlıqlara və innovativ təşəbbüslərə zəmin yaradacağını, gələcəyin mühəndisliyinə dair yeni baxışların formalaşmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. 

Sonra konfransa onlayn qoşulan Şırnak Universitetinin rektoru Abdurrahim Alkış müasir dünyada rəqəmsallaşma, süni intellekt məfhumlarının mühəndislik anlayışlarını yenidən formalaşdırdığını, universitetlərin yeni  texnologiyaları öyrənmək və tətbiq etmək prosesində aktiv rol aldıqlarını söyləyib. O, biotibbi,  biotexnoloji, kosmos, süni intellekt, ətraf mühit mühəndisliklərində böyük işlərin gerçəkləşdiriləcəyinə inandığını vurğulayaraq, dünyanın öndə gələn universitetlərinin indidən özlərini buna hazırladığını, Azərbaycan və Türkiyə ali məktəblərinin də qarşısında yerinə yetirilməsi vacib işlərin dayandığını deyib.  

İKSAD İnstitutunun rəhbəri Mustafa Latif Emek  isə qurumun 43 ölkədə 300-dən artıq universitetlə akademik layihələr hazırladığını, elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Habelə Türkiyə və Azərbaycan arasında elm, təhsil sahələrində əməkdaşlığın genişlənməsinin qürurverici olduğu söylənilib, o cümlədən beynəlxalq plafformada elmi mübadilənin,ortaq çalışmaların böyük elmi nailiyyətlərə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Konfransa Azərbaycan və Türkiyə, eləcə də Qazaxıstan, İndoneziya, İsrail, Mərakeş, Böyük Britaniya, Pakistan, Nigeriya, Əlcəzair, Rusiya, Rumıniya, Kosova, Macarıstan, Çexiya, Tunis, Səudiyyə Ərəbistanı, Hindistan, Fransa ali məktəblərindən elmi məqalələr və tədqiqat işlərinin daxil olduğunu diqqətə çatdıran BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov belə bir platformada təşkil olunan tədbirin mühəndislik sahəsində əməkdaşlığın, elmi mübadilənin artmasına böyük təkan verdiyini bildirib. Eyni zamanda dünya miqyasında mühəndislik sahəsində alimlərin müxtəlif problemlərə yanaşma tərzi, araşdırma metodları və yenilikçi ideyalarını bir araya gətirdiyini qeyd edib.    

Daha sonra çıxış edən Şırnak Universitetinin professoru, konfransın təşkilat komitəsinin rəhbəri Mahmut Dirik də geniş akademik heyəti bir araya gətirən tədbirin gənc tədqiqatçılar üçün yeni texnoloji biliklərlə tanışlıq, faydalı təcrübə mübadiləsi, bütövlükdə səmərəli elmi dialoq olacağına inandığını söyləyib.    

Açlılış nitqlərindən sonra konfrans bölmələr üzrə iclaslarla davam edib.

Konfrans öz işini sabah başa çatdıracaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri