Icma.az
close
up
RU
BMU da Beynəlxalq Tələbələr Klubu yaradıldı Fotolar

BMU da Beynəlxalq Tələbələr Klubu yaradıldı Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Tələbələr Klubu təsis olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, son illər universitetdə təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənib.

Bildirilib ki, hazırda BMU-da 40 ölkədən tələbələr təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə təmsil olunan dövlətlərin, habelə tələbə sayının təxminən iki dəfədən çox artdığını göstərir. Bu dinamika universitetin qlobal təhsil məkanına inteqrasiyasının və beynəlxalq mühitdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, əcnəbi tələbələrin akademik, sosial inteqrasiyasını daha sistemli şəkildə təmin edəcək institusional mexanizmlərin yaradılmasını zərurətə çevirir.

Hazırda BMU-da ümumilikdə 20-dən artıq tələbə klubunun fəaliyyət göstərdiyini, onların sırasına əcnəbi tələbələrdən ibarət yeni klubun qoşulmasının təqdirəlayiq hal olduğunu deyən Yaqub Piriyev, eyni zamanda bu addımın multikulturalizm prinsiplərinin ali təhsil mühitində təşviqi baxımından önəminə diqqət çəkib.

Qeyd edib ki, müxtəlif mədəni və sosial mühitlərdən olan xarici tələbələrin belə bir platformada birləşməsi dialoqun, tolerantlığın formalaşmasına, fərqli dəyərlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verəcək. Yeni sosial layihələrin, ideyaların həyata keçirilməsində klub üzvlərini fəal olmağa çağıran, onlara fəaliyyətlərində uğurlar arzulayan rektor bildirib ki, görülən işlər nəticə etibarilə tələbələrin liderlik və kommunikasiya bacarıqlarının inkişafına da müsbət təsir göstərəcək.

Digər çıxışların ardınca klubun sədri seçilən, “Sənaye mühəndisliyi” ixtisasının Keniyadan olan tələbəsi Peter Malale gələcək fəaliyyətlə bağlı məlumatları nəzərə çatdırıb. Qeyd olunub ki, klubun fəaliyyət çərçivəsinə tələbəyönümlü tədbirlərin, o cümlədən akademik seminarlar, mədəniyyət günləri, inteqrasiya proqramları və müxtəlif sosial layihələrin həyata keçirilməsi daxildir. Göstərilən etimada görə təşəkkürünü dilə gətirən Peter Malale tələbələrin öz potensiallarını reallaşdırmaq üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən əcnəbi tələbələr müxtəlif təkliflər irəli sürüblər. Eyni zamanda vurğulayıblar ki, Beynəlxalq Tələbələr Klubu onların təşəbbüslərini reallaşdırmaq, özlərini təqdim etmək və universitet həyatına daha fəal qoşulmaq üçün geniş imkanlar açacaq.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri