Icma.az
close
up
RU
BMU da iqlim böhranıyla bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

BMU da iqlim böhranıyla bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində gerçəkləşən hakatonun iştirakçıları ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Görüşdə bildirilib ki, sazişə uyğun olaraq koreyalı və azərbaycanlı tələbələrdən ibarət 6 komanda formalaşıb, bir neçə ay müddətində hər komanda iqlim dəyişikliyinə dair birgə layihələr hazırlayıblar.

Sonda Bakıda yekun yarışma təşkil olunub və layihələrin birgə təqdimatı keçirilib. İNHA Universiteti və Azərbaycan Dillər Universitetindən olan professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihə seçilib.

BMU-nun rektoru Yaqub Piriyev adıçəkilən sazişin önəminə toxunub. O bildirib ki, Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə icra olunan saziş çərçivəsində keçirilən yarışmalar, yay təcrübə proqramları qlobal çağırışlara birgə cavab axtarışına töhfə verməklə yanaşı, tələbələrin fərqli ölkə və mədəniyyətlərdən olan həmyaşıdları ilə təcrübə, bilik mübadiləsi aparması üçün nadir imkandır. Beynəlxalq layihələr, həmçinin tələbələrin dünyagörüşünü genişləndirir, onların əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirir.

Bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən birinin iqlim dəyişikliyi olduğunu vurğulayan Yaqub Piriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqlim məsələləri ilə mübarizə sahəsində həyata keçirilən mühüm işlər barədə qonaqlara məlumat verib. Ölkəmizin bərpaolunan enerji, tullantıların azaldılması kimi sahələrdə icra etdiyi konkret layihələri diqqətə çatdıran rektor nüfuzlu COP29 beynəlxalq tədbirinin Bakıda yüksək səviyyədə keçirildiyini, dünyanın ekoloji problemlərinə verdiyi mühüm töhfəni qeyd edib. Gənc mütəxəssislərin qlobal ekoloji problemlərlə mübarizədə daha fəal iştirakının vacibliyini vurğulayan rektor bu baxımdan təşkil olunan hakatonun rolunu önə çəkib və BMU olaraq bu cür layihələrin sayının artmasını dəstəklədiklərini deyib. Yaqub Piriyev gələcəkdə bu əməkdaşlığın daha geniş formatlarda inkişafına çalışacaqlarını söyləyib, İNHA Universitetindən gələn nümayəndələrə və layihədə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən koreyalı müəllimlər BMU-da olmaqdan məmnunluqlarını bildirib, Azərbaycan xalqının qonaqpərvərliyi, Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.

Görüşdə BMU və İNHA arasında icra olunan ikili diplom proqramının əhəmiyyətindən, proqramın icrasının Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamına əsasən 2030-cu ilədək uzadılmasından bəhs olunub.

Sonra yarışmanın nəticələri açıqlanıb, qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub. Layihəyə uyğun olaraq, BMU, Azərbaycan Dillər Universiteti və İNHA Universitetinin tələbələrindən ibarət komanda üzvləri Koreyaya səfər edəcək, orada ekoloji təlimlərə cəlb olunacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri