Icma.az
close
up
RU
BMU da görüş keçirilib FOTOLAR

BMU da görüş keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupuyla imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində gerçəkləşən hakatonun iştirakçıları ilə görüş keçirilib.

Bu barədə "Unikal"a Universitetdən məlumat verilib. 

Görüşdə məlumat verilib ki, sazişə uyğun olaraq koreyalı və azərbaycanlı tələbələrdən ibarət 6 komanda formalaşıb, bir neçə ay müddətində hər komanda iqlim dəyişikliyinə dair birgə layihələr hazırlayıblar. Sonda Bakıda yekun yarışma təşkil olunub və layihələrin birgə təqdimatı keçirilib. İNHA Universiteti və Azərbaycan Dillər Universitetindən olan professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihə seçilib. 

Yarışmada iştirak edən müəllim heyətini və  tələbələri salamlayan BMU-nun rektoru Yaqub Piriyev adıçəkilən sazişin önəminə diqqət çəkib. Bildirib ki, Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə icra olunan saziş çərçivəsində keçirilən yarışmalar, yay təcrübə proqramları qlobal çağırışlara birgə cavab axtarışına töhfə verməklə yanaşı, tələbələrin fərqli ölkə və mədəniyyətlərdən olan həmyaşıdları ilə təcrübə, bilik mübadiləsi aparması üçün nadir imkandır. Beynəlxalq layihələr, həmçinin tələbələrin dünyagörüşünü genişləndirir, onların əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirir.

Bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən birinin iqlim dəyişikliyi olduğunu vurğulayan Yaqub Piriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqlim məsələləri ilə mübarizə sahəsində həyata keçirilən mühüm işlər barədə qonaqlara məlumat verib. Ölkəmizin  bərpa olunan enerji, tullantıların azaldılması kimi sahələrdə icra etdiyi konkret layihələri nəzərə çatdıran rektor nüfuzlu COP29 beynəlxalq tədbirinin Bakıda yüksək səviyyədə keçirilməsini, dünyanın ekoloji problemlərinə verdiyi mühüm töhfəni qeyd edib. Gənc mütəxəssislərin qlobal ekoloji problemlərlə mübarizədə daha fəal iştirakının vacibliyini fikirlərinə əlavə edən rektor bu baxımdan təşkil olunan hakatonun rolunu önə çəkib və BMU olaraq bu cür layihələrin sayının artmasını dəstəklədiklərini deyib. Yaqub Piriyev gələcəkdə bu əməkdaşlığın daha geniş formatlarda inkişafına çalışacaqlarını söyləyib, İNHA Universitetindən gələn nümayəndələrə və layihədə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən koreyalı müəllimlər BMU-da olmaqdan məmnunluqlarını bildirib, Azərbaycan xalqının qonaqpərvərliyi, Bakı haqqında xoş təəssüratlarını bölüşüblər. 

Görüşdə BMU və İNHA arasında icra olunan ikili diplom prqoramının əhəmiyyətindən, proqramın icrasının Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamıyla 2030-cu ilədək uzadılmasından bəhs olunub.

Sonra yarışmanın nəticələri açıqlanıb, qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub. Layihəyə uyğun olaraq, BMU, Azərbaycan Dillər Universiteti və İNHA Universitetinin tələbələrindən ibarət komanda üzvləri Koreyaya səfər edəcək, orada ekoloji təlimlərə cəlb olunacaqlar. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri