Icma.az
close
up
RU
BMU da “Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

BMU da “Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev və “Azerbaijan Mountain Guide” şirkətinin təsisçisi Babək İsgəndərovun ərsəyə gətirdiyi “Qədim Alban yolu” kitabı və “albanyolu.az” saytının təqdimatı keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov kitabı tarixlə turizmi birləşdirmə nöqteyi-nəzərindən maraqlı və yeni tədqiqat kimi qiymətləndirib. Eyni zamanda, ölkəmizin ərazisində uzun bir səyahətə çıxmaq, qədim tariximizin izlərini dərindən araşdırmaqla müəlliflərin bugünkü və gələcək nəsillər üçün dəyərli mənbə ortaya qoyduqlarını diqqətə çatdırıb.

Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında ölkəmizin qədim maddi-mədəniyyət abidələrinin üzərinə işıq salmağın hər zaman tarixçilər qarşısında dayanan çətin və şərəfli missiya olduğunu deyərək müəllifləri təbrik edib, kitabın gənclər, bütün tarixsevərlər üçün faydalı olacağına inandığını vurğulayıb.

Sonra müəlliflər kitabın ərsəyə gəlməsi ilə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, “Qədim Alban yolu” layihəsi bir alpinistlə bir tarixçinin əməyinin məhsulu kimi ortaya qoyulub və layihə Azərbaycanın Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, eləcə də Şahdağın ətəklərindən Qusara, Xınalığa qədər uzanan böyük bir yolçuluğu əhatə edib. Bu səyahətdə qədim Alban mədəniyyətinin nümunələri araşdırılıb, Azərbaycanda xristianlığın izləri konkret faktlarla öyrənilib. Təqdimatda qeyd olunub ki, kitaba daxil edilən tarixi gerçəkliklər ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərində məqsədli şəkildə yerləşdirildiyini, onların saxtakarlıqla Alban mədəniyyətinə sahib çıxdıqlarını bir daha təsdiqləyir.

Sonda müəlliflər gələcəkdə səyahət və tədqiqatın Gürcüstan, həmçinin Dərbənd istiqamətindəki yollar üzərində olacağını diqqətə çatdırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri