Icma.az
close
up
RU
Qədim alban irsi və saxtalaşdırılan tariximiz Ağoğlan monastırı

Qədim alban irsi və saxtalaşdırılan tariximiz Ağoğlan monastırı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı iddiaları son illər daha geniş xarakter alıb. Xüsusilə, 30 ilə yaxın işğal altında qalan Azərbaycan ərazilərində abidələrin hamısını erməni mədəni dəyərləri kimi təqdim etmələri nə əxlaqa, nə də mədəniyyətə sığmır. Erməni iddiaları sırasında Ağoğlan monastırının adı son illər daha tez-tez səslənməyə başlayıb. Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan monastırı işğal dövründə “Tsitsernavank” adlandırılaraq, erməni kilsə tikintisinin şah əsərlərindən biri kimi beynəlxalq mətbuata təqdim edilib.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, abidə Laçın rayonunun Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Qaraçorlu mahalının ən qədim yaşayış məntəqələrindən olan Kosalar kəndinin yaxınlığında dağətəyi ərazidə yerləşir. Ərazisi iki hektara yaxındır.

F.İsmayılov qeyd edib ki, elmi mənbələrdə Kosalar kəndindəki Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırı kimi göstərilir. Bu möhtəşəm monastır alban xristian memarlığı abidələri içərisində önəmli yer tutur. Lakin bəzi mötəbər mənbələrdə bu qəsrin xristianlıqdan öncə mövcud olan başqa bir qəsrin xarabalıqları üzərində tikildiyi barədə məlumatlar var. Abidənin memarlıq quruluşu üzərində bu hal özünü qabarıq şəkildə indi də özünü büruzə verməkdədir. İlkin ehtimallara görə, monastırın yerləşdiyi ərazi xristianlıqdan öncə insanların etiqad və inamla bağlı ibadət və sitayiş etdikləri pir, ocaq yeri olub. Ağoğlan monastırı qədim pir yerinin yanındakı qəsrin xarabalıqları üzərində inşa edilmiş qədim alban məbədidir. “Ağoğlan” adının yerli əhalinin astral dini görüşləri ilə bağlı olduğu və Günəşə, oda sitayişlə əlaqədar olduğu barədə fikirlər söylənilir.

“Qafqaz Albaniyasında IV əsrdə xristianlıq dövlət dininə çevriləndən sonra xalqın qədim inanc yerləri üzərində kilsələr, monastırlar tikilməyə başlamışdı. Bu hal Ağoğlan qəsrindən də yan keçməmiş, belə ki, qədim məbədin xarabalığı üzərində tikilən Ağoğlan kilsəsi, daha sonrakı mərhələlərdə monastır kompleksinə çevrilmişdir. Buna görə də Qafqaz Albaniyasındakı erkən xristianlıq dövrünə aid bütün alban kilsələri kimi Ağoğlan monastır kompleksi də bütpərəst məbəd elementləri daşıyan, qədim kult simvolikaları ilə zəngindir. O zaman sual oluna bilər. Ağoğlan kimdir? Rəvayətə görə, hələ xristianlıqdan öncə Ağoğlan yerli əhalinin müdafiəçisi, qəhrəman atlı süvari olmuşdur. Döyüşlərin birində o, qəhrəmancasına həlak olub və onun şərəfinə tikilən qəsrdə dəfn edilib. Məhz bu səbəbdən qəsr ocaq, pir kimi əhali tərəfindən ziyarət olunmağa başlayıb. Ağoğlan məbədinin eramızın II-IV əsrində inşa edilməsi, abidə kompleksinin xristianlığa qədərki dövrə aid olması barədə xeyli arxeoloji və etnoqrafik dəlillər mövcuddur. İşğaldan öncə Ağoğlan məbədinin həyətində xristinalığaqədərki dövrə aid düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə işlənmiş, dörd qadın təsvirinin görüldüyü stella olmuşdur. Yüksək təpədə daş hasarla əhatələnmiş Ağoğlan pirində qədim qəbir yerinin yanındakı yeganə ağac da kult yeri olub. Bütün Azərbaycan pirlərində olduğu kimi, bu ziyarətgaha da gələnlər ağaca müxtəlif parçalar bağlayar, şam yandırardılar. Ağoğlan piri monastırın içində toxunulmaz olaraq qalmışdı. 1836-cı ildən sonra kilsə fəaliyyət göstərmədiyi dövrlərdə belə kompleks yerli əhali tərəfindən pir, ocaq kimi ziyarət olunurdu”, - deyə o əlavə edib.

Tarixçi vurğulayıb ki, Ağoğlan monastırı işğal dövründə bir sıra dəyişikliklərə məruz qalıb. Belə ki, Ermənistanın dövlət qurumları tərəfindən Ağoğlan monastırının adı 1999-cu ildə qeyri-qanuni dəyişdirilərək “Tsitsernavank” adlandırılıb. Həmin ildən etibarən abidə bu adla Ermənistanın Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin qeydiyyatı kitabına daxil edilib. Kompleksin giriş qapısından əsas binaya tərəf istiqamətdə qoyulmuş stella ermənilər tərəfindən götürülərək naməlum istiqamətə aparılıb və ya məhv edilib. Monastırın kilsəsi “təmir edilib”, yan divar deşilərək iki qapı, qapıların yuxarı hissəsinin şimal tərəfində içəriyə işıq düşməsi üçün iki əlavə oyuq açılıb. Çardağın üstü qırmızı kirəmitlə örtülüb, çardağın yanlarına gips materialından ensiz şəbəkə əlavə edilib. Kilsənin sağ divarına bitişik 3 yardımçı otağın memarlıq quruluşu dəyişdirilib, otaqların zirzəmiləri ləğv edilib, ara divarları götürülərək ümumi zala çevrilib. Yaradılan bu zaldan işğal dövründə muzey kimi istifadə olunub. Giriş qapısının sağ tərəfində içəridə inşa edilmiş üç otaq isə sökülüb. Giriş qapısının sol tərəfdə mühafizə divarları dağıdılaraq ikitaylı darvaza quraşdırılıb. Kilsənin sağ divarının yanında 2005-ci ildə monastıra aid olmayan 3 qəbirə oxşadılan daşlar quraşdırılıb. Bu yerə düzülən daşların monastıra heç bir aidiyyəti yoxdur. Onların hər üçü bu ərazidən götürülməlidir. Abidənin daxili interyerində, 26 alban simvolu və yazı nümunələri dəyişdirilib, bəzi orijinal bədii nümunələr isə tamamilə silinib.

“Ermənilərin Ağoğlan monastırı üzərində apardığı işlər beynəlxalq hüquqa görə vandalizm aktıdır. Vandalizm aktları isə beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir”, - deyə F.İsmayılov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri