Icma.az
close
up
RU
BMU da SOCAR ın layihəsi ilə bağlı infosessiya

BMU da SOCAR ın layihəsi ilə bağlı infosessiya

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” layihəsi ilə bağlı tələbələr üçün infosessiya keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, infosessiyada BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin müdiri Gülçöhrə İbrahimova çıxış edərək tələbələrin karyera inkişafı istiqamətində həyata keçirilən əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb.

Sonra SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin rəisi Həmid İsrafilov şirkət tərəfindən gerçəkləşdirilən müxtəlif layihələrdən danışıb. Bildirib ki, “Gənc İstedadlar Proqramı 2026” SOCAR-ın gənclərin peşəkar inkişafına, bacarıqlarının reallaşdırılmasına və gələcək kadr potensialının formalaşdırılmasına yönəlmiş strateji təşəbbüslərindən biridir. Proqram sayəsində tələbələr real istehsalat mühitində bilik və bacarıqlarını sınamaqla yanaşı, ölkənin enerji sektorunda gələcək karyeralarına möhkəm zəmin yaradırlar.

Tədbirdə, həmçinin SOCAR-ın işə qəbul və karyera planlama şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Xəyalə Cəlilzadə, Rəşad Ələkbərov və proses mühəndisi Nərmin Süleymanlı (BMU-nun “Kimya mühəndisliyi” ixtisasının 2023-cü il məzunu) çıxış ediblər. Çıxışlarda proqramın məzmunu, seçim mərhələləri, iştirakçılara təqdim olunan imkanlar barədə geniş məlumat verilib. Qeyd edilib ki, proqram çərçivəsində yuxarı kurs və magistratura tələbələrinə real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrə qatılmaq, şəxsi və peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı yaradılır. Eyni zamanda, iştirakçılar zəngin elektron öyrənmə platformalarından faydalana, çoxşaxəli və inklüziv mühitdə fəaliyyət göstərə bilərlər.

İnfosessiya zamanı vakant təcrübə istiqamətləri, proqram müddətində iştirakçılara aylıq ödənişin təqdim olunması, təcrübə göstəricilərinə əsasən SOCAR-da daimi işə qəbul imkanının nəzərdə tutulması da diqqətə çatdırılıb (https://careers.socar.az/internshiplist)

Sonda tələbələrin sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri