BMU da süni intellekt alətindən səmərəli istifadə ilə bağlı infosessiya təşkil olunacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xırdalan, 31 yanvar, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə fevralın 12-də Bakı Mühəndislik Universitetində (BMU) “SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı infosessiya keçiriləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, infosessiyada “SCOPUS AI” alətindən səmərəli istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət kimi mövzulardan bəhs olunacaq.
Sessiyada elm və ali təhsil müəssisələrinin akademik və inzibati heyəti (tədqiqatçılar, müəllimlər, doktorantlar, magistrantlar və elmi fəaliyyətə marağı olan digər şəxslər) iştirak edə bilər.
Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://docs.google.com/.../1f_ApFp-pDNofxQO18naGfy.../edit
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 31 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















