Icma.az
close
up
RU
BMU da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər

BMU da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 may, AZƏRTAC

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 34 əcnəbi tələbə Bakı Mühəndislik Universitetində (BMU) təhsil alır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq icra edilən proqram ölkənin ali təhsil sisteminin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Qrant proqramı çərçivəsində təhsil alan tələbələr müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edir, eyni zamanda, ölkənin zəngin mədəni irsi və akademik mühiti ilə yaxından tanış olurlar. BMU-da yaradılmış müasir tədris infrastrukturu və beynəlxalq standartlara uyğun təhsil mühiti əcnəbi tələbələrin uğurlu akademik inkişafına geniş imkanlar açır. Proqram iştirakçıları universitetdə təşkil olunan tədris prosesi və yaradılmış şərait barədə təəssüratlarını bölüşüblər:

- Mənim adım Janaina Cruzdur. Anqolanın Luanda şəhərindənəm. Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr tələbəsiyəm. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının təşkilatçılarına təşəkkür etmək istəyirəm, çünki onlar mənə yalnız təhsil almaq fürsəti deyil, həm də yeni bir ölkə və yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər. Bu təqaüd mənə çətinlik çəkmədən təhsil almağa, yaxşı insan kimi yetişməyə, həmçinin yeni bir mədəniyyət və yeni bir ölkə tanımağa kömək etdi.

- Hamıya salam, mənim adım Karan Shreesdir. Buraya çox gözəl bir ölkədən, Nepaldan gəlmişəm. Təhsil Qrantı proqramının qalibiyəm. Kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıram. Bu təqaüd mənim üçün sadəcə bir qapı açmadı. Sanki mənə bütöv bir dünyanı verdilər. Buradakı səyahətimin mənə ən çox təsir edən məqamlarından biri Bakı Mühəndislik Universitetində ingilis dilini öyrənmək oldu. Müəllimlərimiz çox nəzakətli və yardımsevərdirlər; onlar hər an yaranan anlaşılmazlıqda bizə yol göstərməyə hazırdırlar. Mən nepallı bir gəncəm, lakin bu qrant sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam.

- Mənim adım Pemphero Mvansambodur. Malavidənəm. Bakı Mühəndislik Universitetində idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistratura təhsili alıram. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının tələbəsiyəm və bura gəlmək, bu möhtəşəm ölkədə, Azərbaycanda təhsil ala bilmək, həqiqətən böyük bir fürsətdir. Bu cəmiyyətin bir hissəsi olmaq, yeni şeylər öyrənmək, öyrəndiklərimi öz ölkəmə apararaq fayda vermək və vətənimin qüdrətli olmasını təmin etmək çox heyranedicidir. Mənə verilən bu imkan üçün təşəkkür edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri