Icma.az
close
up
RU
Rektor: BMU da 40 ölkədən əcnəbi tələbə təhsil alır

Rektor: BMU da 40 ölkədən əcnəbi tələbə təhsil alır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə universitetə qəbul olunan əcnəbi tələbələrlə görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən rektor Yaqub Piriyev universitetin Strateji İnkişaf Proqramında beynəlmiləlləşmənin prioritet istiqamətlərdən biri olduğunu və son illər bu istiqamətdə məqsədyönlü addımlar atıldığını söyləyib. Diqqətə çatdırıb ki, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilib, ikili diplom və mübadilə proqramlarının sayı artırılıb, beynəlxalq layihələrdə iştirak gücləndirilib, eyni zamanda, xarici tələbələrin cəlb olunması üçün institusional mexanizmlər formalaşdırılıb.

Rektor qeyd edib ki, hazırda universitetdə 40 ölkədən əcnəbi tələbə təhsil alır və son illər onların sayı ilə yanaşı, coğrafiyası da iki dəfə artıb. Həmçinin bu dinamika universitetin beynəlxalq təhsil məkanında mövqeyinin möhkəmləndiyini göstərir.

“Əcnəbi tələbələr üçün adaptasiya proqramları, akademik məsləhət xidməti, ingilisdilli ixtisasların genişləndirilməsi, beynəlxalq akkreditasiyaların əldə olunması, habelə müasir kampus infrastrukturunun inkişafı da beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissələrindəndir və məqsəd yalnız tələbə sayını artırmaq deyil, həm də multikultural akademik mühit formalaşdırmaqdır”, - deyə rektor bildirib.

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində seçilmiş 34 əcnəbi tələbənin cari tədris ilindən etibarən BMU-da təhsil almağa başladığını önə çəkən Yaqub Piriyev bu təşəbbüsün Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqinə töhfə verdiyini bildirib. Rektor BMU-nun müasir yataqxana komplekslərində əcnəbi tələbələr üçün təhlükəsiz və komfortlu yaşayış şəraitinin yaradıldığını, tələbələrin adaptasiyasını asanlaşdırmaq məqsədilə inzibati və sosial dəstək mexanizmlərinin icra olunduğunu da diqqətə çatdırıb.

Əcnəbi tələbələr çıxışlarında universitetin beynəlxalq əlaqələr üzrə strukturlarının daim onlarla maraqlandığını, eləcə də qaldırdıqları məsələlərin həll olunduğuni bildiriblər. Eyni zamanda, bir sıra təkliflərlə çıxış ediblər.

Sonda Yaqub Piriyev görüşdə irəli sürülən təkliflər, eləcə də əcnəbi tələbələrlə bağlı tələbəyönümlü layihələrin gücləndirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri