Icma.az
close
up
RU
BMU da Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi qeyd olunub

BMU da Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi qeyd olunub

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub,  Dövlət Himninin səsləndirilməsindən sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

XQ xəbər verir ki, açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Rektor bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi. Dünya hərb tarixinə nadir əməliyyat kimi düşən 2023-cü ilin antiterror əməliyyatları ilə Azərbaycanın dövlət suverenliyini tam bərpa etdiyini vurğulayan rektor ölkəmizin Zəfərinin beynəlxalq miqyasda tanındığını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ABŞ kimi supergücün  bölgədə sülh və sabitliyin qorunmasında mühüm tərəfdaşa çevrildiyini, Vaşinqtonda imzalanan müqavilənin tarixi əhəmiyyətini diqqətə çatdırıb. 

Qarabağ və Şərqi Zəngəzurun dövlətimizin apardığı bərpa və quruculuq işləri nəticəsində qısa zamanda cənnətə çevrildiyini, qədim yurd yerlərinə sürətli köçün başlandığını deyən rektor bu dinamik inkişafı Azərbaycan xalqının yenilməz ruhunun, sarsılmaz iradəsinin, dövlət-xalq birliyinin təntənəsi adlandırıb. Xankəndidə azad edilmiş torpaqların gələcəyinin qurulmasında strateji rol oynayan Qarabağ Universitetinin yaradılmasını ayrıca vurğulayan Yaqub Piriyev Prezidentin rəhbərliyi ilə görülən işlər nəticəsində elm və innovasiyanı birləşdirən bu ali məktəbin beynəlxalq akademik mərkəzə çevriləcəyini, regionun dayanıqlı və uzunmüddətli inkişafına xidmət edəcəyini bildirib. Çıxışının sonunda rektor Qələbə ruhunun daim yaşayacağına, torpaqlarımızda sülh, inkişaf və tərəqqinin əbədi hökm sürəcəyinə dərin inamını ifadə edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın  qazandığı şanlı Qələbənin əhəmiyyətindən danışaraq şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını önə çəkib, onların sosial müdafiəsi üçün görülən işləri qeyd edib. Tarixi torpaqlarımızda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan sürətli quruculuq işlərini vurğulayan Abdin Fərzəliyev burada həyatın qısa müddətdə yenidən canlanmasının dövlətimizin gücünü və xalqımızın iradəsini nümayiş etdirdiyini bildirib.    

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışında Zəfəri milli kimliyimizin, birliyimizin, gəncliyimizin Qələbəsi kimi xarakterizə edib. Tarixi Zəfərin qazanılmasında şəhidlik zirvəsinə ucalan övladının da payının olması ilə qürur duyduğunu söyləyən Xatirə İsmayılova şəhid ailələrinə göstərilən yüksək ehtiram və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını dilə gətirib. 

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Zəfər Gününü xalqımızın dövlətçilik ruhunun təntənəsi adlandırıb. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik siyasəti ilə daha da gücləndiyini və regionda sülhün, sabitliyin, inkişafın təminatçısına çevrildiyini deyən Abbas Əliyev ölkəmizin bundan sonra da böyük uğurlara imza atacağını qeyd edib.  

BMU-nun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbəsi,  19 yaşında  Azərbaycan Respublikasının ən ali hərbi təltifi - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Azər Abdullazadə isə döyüş xatirələrini bölüşüb, şəhid silahdaşlarının ruhuna ehtiram ifadə edib və tələbə yoldaşlarını daim Vətənə sədaqət ruhunda olmağa səsləyib.   

Tədbir BMU-nun bədii yaradıcılıq kollektivinin hazırladığı maraqlı bayram proqramı ilə başa çatıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri