Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Zəfərin arxasındakı fədakarlıq: Vətən müharibəsində səhiyyə işçiləri

Zəfərin arxasındakı fədakarlıq: Vətən müharibəsində səhiyyə işçiləri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və “Kliniki Tibbi Mərkəz” PHŞ-in birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş geniş konfrans keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş video-çarxın nümayişi ilə başlanıb.

Konfransda çıxış edən “Kliniki Tibbi Mərkəz” PHŞ-in direktoru Musa Abbasov Zəfər Gününün dərin fəlsəfi və tarixi mahiyyətindən danışıb. O qeyd edib ki, Zəfər Günü sadəcə hərbi qələbənin ildönümü deyil, bu tarix xalqımızın əsrlər boyu qoruyub saxladığı milli iradənin, azadlıq eşqinin və dövlətçilik təfəkkürünün ən yüksək təntənəsidir. Mərkəz direktoru Zəfərin fəlsəfəsinin xalqımızın sarsılmaz birlik ruhuna, Müzəffər Ali Baş Komandanın dəmir iradəsinə və xalq-dövlət həmrəyliyinə əsaslandığını diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında xalqımızın milli qürur və iftixar mənbəyinə çevrilmiş Zəfər Gününün əhəmiyyətini vurğulayaraq, otuz ilə yaxın davam edən işğala son qoyulmasının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi və siyasi uğurların, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, bu böyük Qələbənin arxasında illərlə həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti dayanır. Yerli təşkilatın sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müasir və peşəkar ordunun yaradılması, müdafiə sənayesinin inkişafı və beynəlxalq mövqelərimizin gücləndirilməsi Zəfərin əsasını təşkil edib. O, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində təhsil və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyətdən bəhs edib.

Rayon təşkilatının sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar sahədə və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində həyata keçirilən layihələrdəki fəaliyyətini yüksək qiymətləndirib.

YAP İdarə Heyətinin üzvü,Milli Məclisin deputatı,  İlham Məmmədov çıxışında Vətən müharibəsi dövründə Azərbaycan səhiyyə işçilərinin, həkim və orta tibb işçilərinin göstərdiyi misilsiz igidlik və cəsarətdən ətraflı bəhs edib. O bildirib ki, döyüş meydanında həyatı təhlükədə olan hərbçilərimizin, yaralı əsgərlərimizin xilas edilməsi üçün həkimlər, tibb bacıları və bütün tibb heyəti gecə-gündüz ağır cəbhə şəraitində böyük fədakarlıq və misilsiz şücaət nümayiş etdiriblər. Hər bir həkimin qəhrəmanlığı ümumi Zəfərimizin qazanılmasında mühüm mənəvi və peşəkar dayaq olub.

Kliniki Tibbi Mərkəzin baş həkimi, YAP ərazi partiya təşkilatının sədri Hüseyn Məsimov da öz növbəsində səhiyyə işçilərinin fədakar əməyini xatırladaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə səhiyyə və humanitar sahədə həyata keçirilən layihələri, o cümlədən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əməkdaşlarını əhatə edən yeni əməkhaqqı islahatlarını yüksək qiymətləndirib.

Tədbirin rəsmi və bədii hissəsinin sonunda Kliniki Tibbi Mərkəzdə çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi veteranlarına xüsusi hədiyyələr təqdim olunub.

Mərasim Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see257

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see253

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see249

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see247

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see241

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see234

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see231

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see228

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see220

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see209

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see204

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see200

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see197

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see195

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see195

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see192

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see190

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see184

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see178

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri