Icma.az
close
up
RU
BMU ilə CUFE arasında əməkdaşlıq imkanları müzakirə olunub

BMU ilə CUFE arasında əməkdaşlıq imkanları müzakirə olunub

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Mərkəzi Maliyyə və İqtisadiyyat Universiteti (Central University of Finance and Economics-CUFE)  arasında onlayn görüş keçirilib. 

"Unikal" xəbər verir ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül bildirib ki, bu görüş iki dost ölkənin ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMU-nun beynəlxalq əməkdaşlığı gücləndirməyi inkişafın mühüm dayaqlarından biri kimi gördüyünü və Çinin ali təhsil müəssisələri ilə qurulan əlaqələri səmərəli, eləcə də strateji tərəfdaşlıq nümunəsi hesab etdiyini bildirən prorektor cari ildə bu yöndə gerçəkləşdirilən bir sıra işlərə diqqət çəkib. Eyni zamanda BMU ilə CUFE arasında mübadilə, birgə elmi-tədqiqat layihələri, ikili diplom və digər proqramların yaradılması kimi təşəbbüslərin hər iki tərəf üçün faydalı olacağını bildirib. 

CUFE nümayəndələri öz növbələrində təmsil etdikləri universitetin beynəlxalq əlaqələri, mövcud mübadilə proqramları və Çin Hökuməti təqaüdləri barədə məlumat veriblər. 

Digər çıxışlar zamanı keçirilən görüşün iki universitet arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyi qeyd edilib. 

Görüş zamanı universitetlər arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Müzakirələrdə tələbə və müəllim mübadilə proqramlarının təşkili imkanları, birgə elmi layihələr və nəşrlərin hazırlanması, habelə biznes, iqtisadiyyat, sosial elmlər sahəsində ikili diplom proqramlarının yaradılması perspektivləri diqqət mərkəzində olub. 

Sonda tərəflər əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı qarşılıqlı maraqlarını ifadə edib və memorandum layihəsinin hazırlanması barədə razılığa gəliblər. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri